Beynəlxalq İqtisadiyyat Məktəbində “ISE Public Speaking Club”un ilk tədbiri keçirilib
Yeni klubun əsas məqsədi tələbələrin ictimai çıxış bacarıqlarını inkişaf etdirmək, onların öz fikirlərini sərbəst və inamla ifadə etmələrinə şərait yaratmaqdır.
Klub Beynəlxalq İqtisadiyyat Məktəbinin I kurs tələbəsi, Davud Şeydayev tərəfindən təsis edilib. Davudun təşəbbüsü tələbələr arasında böyük maraqla qarşılanıb.
Tədbir zamanı iştirakçılar müxtəlif mövzularda çıxışlar edərək natiqlik bacarıqlarını nümayiş etdiriblər, həmçinin ictimai çıxış zamanı özünəinam və səhnə davranışı ilə bağlı praktiki məşğələlərdə iştirak ediblər.