UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində 2016/17-ci tədris ili üçün məzun monitorinqi aparılıb.
Monitorinqin nəticələrinə görə, UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin məzunlarından 85%-i universiteti bitirəndən dərhal sonra işə düzəlib. 81% magistraturaya qəbul olunub, 3% isə hərbi xidmətdədir.
Monitorinq zamanı məzunlardan 16%-nin xarici universitetlərdən cavab gözlədiyi də məlum olub.
Magistraturaya qəbul olunanlardan 54%-i Azərbaycanda, 46%-i isə xaricdə təhsilinə davam edəcəklər.
UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində məzun monitorinqi hər il davam etdirilir.