Görüşdə İnarə Rzayeva tələbələri UNEC-ə qəbil olmaları münasibətilə təbrik edərək, onlara təhsillərində uğurlar arzulayıb və fakültəyə qəbul barədə məlumat verib.
Bildirilib ki, ISE-yə “Maliyyə”, “Mühasibat”, “İqtisadiyyat”, “Beynəlxalq ticarət və logistika”, “Biznesin idarə edilməsi” ixtisasları üzrə üzrə ümumilikdə 179 tələbə qəbul olub ki, onlardan 151 nəfəri (84 faiz) 600-dən yuxarı bal toplayıb. Həmin təəbələrin bir semest boyu UNEC-in xüsusi təqaüdünü alacaqları diqqətə çatdırılıb. İ.Rzayeva fakültə üzrə ən yüksək nəticənin “Maliyyə” ixtisası üzrə 681.6 bal olduğu qeyd edib. Fakültəyə qəbul olan tələbələrdən 14 nəfərin əcnəbi vətəndaş olduğunu vurğulayıb.
Görüşdə tələbələrə tədris prosesi, imtahan qaydaları, beynəlxalq ikili diplom proqtamları, UDİD, tələbə təşkilatları və s. barədə ətraflı məlumat verilib.