Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinin tələbələri Təhsil muzeyində olublar.
Tələbələr muzeydə elm və təhsilin inkişaf tarixini əks etdirən sənəd, material və fotoşəkillərlə tanış olub, nadir dərs vəsaiti və ləvazimatlar, dərslik və proqramlar, tədris prosesində istifadə edilən texniki və əyani vəsaitlər, şagird, tələbə və müəllimlərin əl işlərinə baxış keçiriblər.