Biznes və Menecment fakultəsində intellektual yarış

31 OKTYABR 2016 | VIEWS:
1751

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes və Menecment fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsi və İqtisadçı İntellektual Klubunun birgə təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib.

Biznes və Menecment fakültəsinin tələbələri arasında keçirilən yarışda on bir komanda iştirak edib. Gərgin keçən mübarizənin sonunda Əsgər Nağıyev, Elnur Aslanlı, Rüfət Məmmədov, Mehriban Qasımova, Heydər Teymurov və Xalid İmanovun üzv olduğu komanda qalib gəlib.

Tural Əhmədli, Elməddin Allahverdiyev, Məhəmmədəli Məhəmmədəliyev, Mutlu Ağazadə, Gülay Qurbanova və Nübar Rüstəmovanın üzv olduğu komanda II, Nicat Vəlizadə, Həsən Babayev, Zəka Həsənov, Tofiq Rəcəbov, Rasim Əzizov və Əyyub İsmayılovun üzv olduğu komanda isə III yerə layiq görülüb.

I yerin qaliblərinə diplom və “Ali&Nino” kitab mağazaları şəbəkəsindən 50 AZN-lik hədiyyə kuponu təqdim edilib. Digər qaliblər isə diplomlarla təltif ediliblər.

1752 2