Rəhbər: Səidə Xəlile-mail: [email protected]Ünvan: İstiqlaliyyət, 6. UNEC I tədris binası, otaq 319 |
Bloomberg laboratoriyası Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının 14 fevral 2022-ci il tarixli iclasının 182 №-li Qərarına əsasən yaranmışdır. Laboratoriya “UNEC Ömürboyu təhsil mərkəzi”nin nəzdində fəaliyyət göstərir.
1981-ci ildə Michael Bloomberg tərəfindən New-Yorkda əsası qoyulan Bloomberg L.P. bugün maliyyə xidmətləri, məlumat bazası və süni intellekt vasitəsi ilə dünyada öz liderlerliyini qorumaqdadır. Dünyanın 120-dən çox ölkəsində 19000-dən çox işçi və maliyyə analitik ilə Bloomberg anlıq olaraq qlobal sferada baş verənləri və hadisələrin maliyyə bazarlarına necə təsir edəcəyi ilə bağlı məlumatları bölüşür. Şirkət istifadəçilərinə öz terminalları ilə bu maliyyə bazarlarına girişi təmin edərək, müvafiq sahədə geniş məlumat bazasına çıxış imkanı verir. Bloomberg eyni zamanda Qafqazda ilk dəfə Azərbaycan Dövlət İqtisad Universiteti ilə əməkdaşlıq edərək öz terminallarını Universitetin tələbə və əməkdaşları üçün əlçatan etmişdir. Bugün var olan 12 terminal vasitəsilə xidmətlərdən istifadə edən əməkdaşlar eyni zamanda Bloomberg Market Concepts adlı beynəlxalq sertifikatı ödənişsiz əldə edəcəkdir. Qeyd etməliyik ki, sertifikat tələbələr üçün 150$, tələbə statusunda olmayanlar üçün isə 250$ dəyərindədir. Təlimlərin sonuna doğru artıq terimaldan istifadə edən istifadəçi simulasiya şəklində öz portfelini quraraq qiymətli kağız və səhmlərlə əməliyyatlar aparmaq bacarığına yiyələnəcəkdir. Sertifikatı əldə etmək üçün aşağıdakı bölmələr tamamlanmalıdır:
Economic Indicators
Currencies
Fixed Income
Equities
Terminal Basics
Commodities
Stock Options
Portfolio Managementt