UNEC-də magistratura və doktorantura təhsil pilləsi üzrə təhsil və tədrisin keyfiyyətinin artırılması məqsədi ilə yaradılan və ölkədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin magistratura təhsil pilləsinin iqtisadiyyat və idarəetmə ixtisasları üzrə yeni qəbul edilmiş təhsil standartlar əsasında fəaliyyət göstərən ilk mərkəz olan Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində (BMDM) ilk semestr imtahanları keçirilib.
Ümumilikdə mərkəzdə 5 ixtisas üzrə 4 dildə və yazılı qaydada olmaqla 45 imtahan təşkil olunub. Magistrlar yazılı açıq suallar, şirkət analizləri, biznes keyslər, tədqiqat və araşdırma tipli imtahan metodları ilə müəllimlər tərəfindən qiymətləndirilib. İmtahanların gedişatına nəzarəti mərkəzin əməkdaşları və müəllimlər həyata keçirib.
Magistrlar nəticələr açıqlandıqdan sonra 3 gün müddətində apellyasiya şikayəti verə bilər. Şikayətin baxılması üçün mərkəz tərəfindən komisiyya formalaşdırılır və ən geci 15 iş günü müddətində magistrə apellyasiyanın nəticəsi barədə məlumat verilməsi nəzərdə tutulur.
Mərkəzdə 5 ixtisas üzrə 150-yə yaxın magistr təhsil alır.