Bakı Dövlət Universitetində coğrafiya müəllimliliyi ixtisası üzrə bakalavr, landşaftşünaslıq ixtisası üzrə magistr təhsili alıb, hal-hazırda AMEA-nın doktorantıdır.
Eyni zamanda ABŞ səfirliyinin maliyyə dəstəyi ilə 1 illik “Karyera məsləhətçilərinin peşəkar inkişaf kursu” nun məzunudur.
Peşəkar həyata Bakı Atatürk Liseyində coğrafiya müəllimi olaraq başlayıb. Bakı Avrasiya Universitetində və Bakı Avrasiya Kollecində azərbaycan və ingilis bölməsində tədris aparır, eyni zamanda Azərbaycan Dövlət İqtisad Universitetində azərbaycan və türk bölməsində “karyera planlması”, “yumşaq bacarıqlar” fənlərini tədris edir. Bakı Avrasiya Kollecində Daxili Keyfiyyət Təminatı və monitorinq sektorunun müdiridir.
Paşa Holdingin “Əlaçı” təqaüd proqramının karyera məsləhətçisi, mentor, Dövlət Məşğulluq Agentliyində və Mühəndislər birliyində təlimçi, Addım.at, Naviqator layihələrində karyera məsləhətçisi və mentor kimi fəaliyyəti olub.
*
“Skills Up” layihəsi ilə AR Elm və Təhsil Nazirliyinin və Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olub.
Hazırladığı “Karyera məsləhətçiləri kursundan” 80-ə yaxın məzunu var.
UNEC-in “Karyera Planlaşdırılması və İnkişafı” kafedrasının müəllimidir (0.5).
Müstəqil təlimçi kimi 3000-ə yaxın iştirakçı ilə təlimlər keçib.
Rumuniyanın Dimitrie Cantemir Universitetində Erasmus proqramı ilə “Karyera planlamsı” üzrə təlimçi kimi fəaliyyət göstərib.
Bir sıra yerli və beynılxalq konfransların iştirakçısı və məqalə müəllifidir.