28 iyul 1953-c ildə Gürcüstan Respublikasının Marneul rayonunun Qaçağan kəndində anadan olmuşdur.
1971-ci ildə orta məktəbi bitirmişdir.
1971-1976-cı illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Balı Dövlət Universiteti) geoloji-coğrafiya fakültəsində oxumuş və univeriteti bitirdikdən sonra gənc mütəxəssis kimi Azərbaycan Milli elmlər Akademiyasının Coğrafiya İnstitutuna göndərilmişdir.
1976-1989-cu illərdə Azərbyacan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunda müxtəlif vəzifələrdə çalışmışdır.
1979-1983-cü illərdə qiyabi aspiranturada təhsil almış, 1987-ci ildə namizədlik dissretasiyasını müdafiə edərək coğrafiya elmləri namizədi elmi dərəcəsini almışdır.
1989-1992-ci illərdə Azərbaycan Dövlət Plan Komitəsinin Elmi-tədqiqat iqtisadiyyat institutunda baş elmi işçi vəzifəsində çalışmışdır.
1992-2001-ci illərdə Azərbaycan Dövlət Planlaşdırma və İqtisadiyyat Komitəsində, Nazirlər Kabinetində və İqtisadiyyat Nazirliyində aparatın rəhbəri, baş nazirin köməkçisi və şöbə rəisinin müavini vəzifəsində çalışmışdır.
*
2009-2012-ci illərdə Ümumi iqtisadiyyat fakültəsində dekan müavini vəzifəsində çalışıb.
2001-2009-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadi coğrafiya” kafedrasında, sonra isə “Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı” kafedrasında baş müəllim vəzifəsində çalışmışdır. Hazırda kafedranın dosentidir.
Ailəlidir, iki övladı var.
ELMİ ƏSƏRLƏR (hiperlinkli əlavələr)*