16-18 noyabr tarixlərində Baku Expo Center-də Caspian Event Organisers” (CEO) şirkətinin təşkilatçılığı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və İDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) kampaniyasının dəstəyi ilə təşkil olunan “Caspian Ecology” 7-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisində UNEC-in İqtisadiyyat fakültəsinin “Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı” kafedrasının əməkdaşları – kafedra müdiri dos. Validə Mehdiyeva, dos. Tahir Tarverdiyev və dos. Fərhad Eminov və fakültənin Ekologiya ixtisasında təhsil alan I kurs,123, 124-cü qrup tələbələri ekskursiyaya gediblər.
Sərgi ekologiya və ətraf mühitin mühafizəsi sahəsində həm Xəzər, həm də Qafqaz regionlarında həyata keçirilən mühüm tədbirdir. Sərgidə ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan rasional istifadə sahəsində innovasiya layihələrini kompleks şəkildə təqdim etmək üçün dünyanın 14 ölkəsindən 62 şirkət iştirak edib.