xatira_maharramova_atrafcoğ.e.n., b/m. Məhərrəmova Xatirə Cahangir qızı

1965-ci il sentyabrın 15-də Bakıda anadan olub.

1982-ci ildə Bakı şəhəri 20 №-li məktəbi bitirib.

1982-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Geoloji-Coğrafiya fakültəsinə qəbul olunub.
1987-ci ildə universiteti coğrafiyaçı müəllim ixtisası üzrə bitirib.

1987-ci ildən Azərbaycan Dövlət Plan Komitəsi nəzdində Elmi-Tədqiqat İnstitututunda böyük labobrant, kiçik elmi işçi vəzifələrində çalışıb.

 

*
2002-ci ildən Azərbaycan Dövlət Universitetinin «Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı» kafedrasında böyük laborant, 02.02.2011-ci ildən müəllim, 01.02.2013-cü ildən 0,5 ştatda baş müəllim vəzifəsində işləyir.

2008-ci ilin yanvar ayının 24-də AMEA-nın Coğrafiya İnstitutunda akademik B.Budaqovun rəhbərliyi «Azərbaycanda baş verən dağıdıcı hidrometeoroloji hadisələrin təsiri» mövzusunda dissertasiya işini müdafiə edib.

2009-cu il fevralın 10-da Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə (protokol № 07)  coğrafiya elmləri namizədi alimlik dərəcəsi  verilib.