Dəyirmi masada respublikanın aparıcı universitetlərindən – ADA Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, regional universitetlərdən Sumqayıt, Gəncə, Naxçıvan Dövlət universitetlərinin və digər ali təhsil müəssisələrinin kitabxana rəhbərləri, səriştəli kitabxana mütəxəssisləri, BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin professor-müəllim heyəti iştirak edəcəklər.
Onlayn dəyirmi masada “Kitabxanalarda rəqəmsallaşdırma: texniki təminat və hüquqi aspektlər”, “Kitabxanaların fəaliyyətinin iqtisadi aspektləri”, “Regional universitet kitabxanalarında mövcud vəziyyət: problemlər və həllər” kimi mövzular üzrə müzakirələr aparılacaq.
Müzakirələr UNEC-in rəsmi Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.
*
https://news.unec.edu.az/xeber/100-elm/7000-covid-19-ve-universitet-kitabxanalarinin-regemsal-muhite-adaptasiyasi-canli-yayim