Əsasən gənclərin iqtisadi biliklərini artırmağa hədəflənən layihə onların dünyada baş verən iqtisadi-sosial proseslərə münasibət bildirmək bacarıqlarını inkişaf etdirmək, həmçinin təmsil etdikləri dövlət, qurum və şirkətlərin maraqlarını qorumağa əsaslanıb. “Davos Model UNEC”də müsabiqədən keçən tələbələr təklif edilən mövzuları araşdırıb, çıxış edəcəklər.
“Davos Model UNEC” layihəsində iştirak etmək istəyənlər qeydiyyat formasını doldurmalı və hansı mövqedə çıxış etmək istədiyini qeyd etməlidir.
Layihə 4 (siyasilər, beynəlxalq maliyyə qurumları nümayəndələri, CEO-lar və jurnalistlər) istiqamət üzrə keçiriləcək.
Mövqelər
Siyasilər üçün:
1) Böyük Britaniya Baş Naziri
2) Türkiyə Cümhuriyyəti Baş Naziri
3) Çin Xalq Respublikası Prezidenti
4) Amerika Birləşmiş Ştatları Vitse Prezidenti
5) S.Ərəbistanı Kralı
Maliyyə qurumları üçün:
1) Beynəlxalq Valyuta Fondu Direktoru
2) İngiltərə Mərkəzi Bankı sədri
3) Yaponiya Mərkəzi Bankı sədri
4) Avropa Mərkəzi Bankı sədri
CEO-lar üçün:
1) Tesla Motors
2) Alibaba Group
3) Facebook
4) Google
5) Apple
Qeyd 1: Yalnız bir istiqamət və mövqe üzrə qeydiyyatdan keçmək olar.
Qeyd 2: Konfransın rəsmi dili azərbaycan və ingilis dilidir. Seçim sərbəstdir.
Qeydiyyat linkləri:
1-Siyasilər https://goo.gl/NeB3nW
1-Siyasilərgoo.gl |
2-Beynəlxalq maliyyə qurumları nümayəndələri https://goo.gl/V5VYdG
2-Beynəlxalq maliyyə qurumları nümayəndələrigoo.gl |
3-CEO-lar https://goo.gl/zk3NP4
3-CEO-largoo.gl |
4.Jurnalistlər https://goo.gl/NFZeox
İlk mərhələni uğurla keçən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibə mərhələsini də uğurla addımladıqdan sonra xüsusi təlimlər təşkil olunacaq. Layihənin sonunda iştirakçılar müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaqlar. Son müraciət tarixi oktyabrın 12-dir.
“Davos Model UNEC” layihəsi “SUES” İctimai Birliyinin və “ADA” Universiteti Tələbə Hökümətinin birgə təşkilatçılığı, Reduco Tədris Mərkəzinin maliyyə dəstəyi ilə keçiriləcək.