UNEC-in SABAH Mərkəzində “Dayanıqlı inkişaf: Problemlər və perspektivlər-2019” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.
Tədbirdə Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov, UNEC rəhbərliyi və SABAH-ın müəllim-tələbə heyəti iştirak edib.
UNEC-in rektoru, professor Ədalət Muradov SABAH-ı Azərbaycan ali təhsil sisteminin uğurlu modeli adlandırıb. UNEC-in SABAH tələbələrinin təxminən üçdə birini özündə birləşdirdiyini deyən rektor, bununla qürur duyduğunu ifadə edib. Ə.Muradov SABAH modelinin universitetdə daha genişləndirməyin nəzərdə tutulduğunu vurğulayıb. Keyfiyyətli təhsilin keyfiyyətli tədqiqatlardan keçdiyini deyən rektor, UNEC tələbələrinin Web of Science və ya Scopus-da çap etdirdikləri elmi məqalələrinə görə 4000 manata qədər qonorar əldə etmək imkana malik olduqlarını diqqətə çatdırıb.
Təhsil nazirinin müavini Firudin Qurbanov konfransın aktual mövzuya həsr olunduğuna diqqət çəkib. Nazir müavini dayanıqlı inkişafın məqsədlərindən, Prezident İlham Əliyevin bu istiqamətdə imzaladığı sərəncamların əhəmiyyətindən, ölkəmizdə bu sahədə həyata keçirilən tədbirlərdən danışıb.
Konfrans plenar iclaslarla davam edib. Plenar iclasda əsas çıxışçı kimi IV kurs tələbəsi Aydin İsmayilov “Dayanıqlı inkişafda müasir kommersiya banklarının biznes sahəsində perspektivləri”, Xəyal Məmmədli “Development of social media marketing campaign for small businesses” mövzusundan çıxış ediblər.
Konfransa Macarıstan, Polşa, Belarusiya, İtalya, İngiltərə, Almaniya və digər ölkələrdən həm xarici, həm də yerli məzunların 130 məqaləsi təqdim olunub.
Sonda tələbələrə sertifikatlar təqdim edilib.
[a href=”http://news.unec.edu.az/xeber/100-elm/5406-dayanigli-inkishaf-problemler-ve-perspektivler-2019“][/a]