Differensial əmək haqqı sistemi UNEC-də tədris, elmi-tədqiqat və inzibati fəaliyyətin səmərəliliyini artıracaq

16 DEKABR 2015 | VIEWS:

unec_zahid11Təcrübə göstərir ki, təbii sərvətlərin bolluğu dövlətin inkişafının əsas göstəricisi deyil. Cənab Prezident İlham Əliyevin dəfələrlə ifadə etdiyi kimi, əsas məqsəd bu sərvətlərin cəmiyyətin hərəkətverici qüvvəsi olan insan kapitalına çevrilməsini təmin etməkdir. Hazırda ABŞ, Yaponiya, İngiltərə, Avstraliya, Türkiyə və digər inkişaf etmiş ölkələr malik olduqları maddi resurslardan daha çox insan kapitalından böyük gəlirlər əldə etməyə üstünlük verirlər.

Elmin inkişafı Azərbaycanda dövlət siyasətinin prioritetlərindən sayılır və biliklərə əsaslanan iqtisadiyyatı inkişaf etdirmək məqsədilə UNEC-də qəbul olunan strategiya xarakterli sənədlər, onların əməli icra olunması elmi üçbucağa – “nəzəriyyə, ideologiya və texnologiya”ya əsaslandığına görə, tədris və elmi sahədə məqsədyönlü inkişaf əldə edilib.

Bu baxımdan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi Şurasının qərarı ilə təsdiq olunan “Azərbaycan Dövlət İqtisad Universitetində professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan differensial əmək haqqı sisteminin tətbiqi haqqında Qaydalar”ın icrasını təmin etmək məqsədilə daimi Komissiya fəaliyyət göstərir. Differensial əmək haqqı sistemi (DƏHS) UNEC-də tam ştat və 0,5 ştat əvəzçiliklə çalışan professor-müəllim heyətini əhatə edir. Sənədin tətbiq olunmasında əsas prioritetlərindən biri insan kapitalının inkişafı və təhsildə keyfiyyətin artırılmasıdır. UNEC tədris prosesini həyata keçirən ali məktəb olmaqla yanaşı, həm də elmi araşdırmaları fasiləsiz təşviq edən mərkəzdir.

DƏHS professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirməsinin nəticələrinə əsaslanaraq onların vəzifə maaşlarına UNEC Elmi Şurası tərəfindən hər tədris ilinin əvvəlində müəyyən edilən əmsallar üzrə əlavələrin edilməsini nəzərdə tutur. Professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsi onların universitetdəki fəaliyyətinin üç əsas istiqaməti nəzərə alınmaqla həyata keçirilir: elmi fəaliyyətlər (40%), tədris fəaliyyətləri (40%) və özünü inkişaf fəaliyyətləri (20%).

Bu sistemin üstünlüklərindən biri – araşdırma yolu ilə bilik istehsal etmək və tədris yolu ilə savadlı kadrlar yetişdirməkdir.

Sistemin motivasiya funksiyası tələbələr tərəfindən müəllimlərin qiymətləndirilməsinə xidmət edir. Müəllimlər haqqında açıq informasiya məlumatı onları öz üzərində daha da məsuliyyətlə işləməyə və dərsə daim hazırlıqlı gəlməyə xidmət edir. Bu funksiya ali məktəbin rəhbərliyi ilə müəllimlər arasında bağlanacaq müqaviləyə də təsir  göstərir.

DƏHS vasitəsilə ictimaiyyətin bütün nümayəndələri, o cümlədən dünyanın istənilən məkanında fəaliyyət göstərən ali məktəb və reytinq təşkilatları UNEC-in fakültə, kafedralarının, eləcə də ayrı-ayrı professor-müəllim heyətinin elmi-pedagoji fəaliyyəti haqqında faktlara söykənən sənədlərə əsaslanan məlumatlar əldə edə biləcəkdir. Bu məlumatlar əsasında, ilk növbədə, universitet rəhbərliyi professor-müəllim heyətinin elmi fəaliyyətinə nəzarət edə biləcək.

Fakültələrin, kafedraların, professor-müəllim heyətinin reytinq göstəricilərinə görə  sıralanması, müəllimlərin elmi nəşrləri və onların  ictimaiyyətə təsir etmə gücü (impakt faktor), xarici ölkələrdə nəşr olunan elmi məqalələrin sayı, professor-müəllim heyətinin neçə faizinin elmi-tədqiqat işi ilə məşğul olması barədə məlumatlar da DƏNS-də öz əksini tapacaq. Bütün bu göstəricilər pedaqoji heyətin  müəyyən vəzifələrə seçkisi və təyin olunması zamanı da nəzərə alına bilər.

Məlumat üçün bildirim ki, Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tətbiq edilən DƏHS ilə əlaqədar yaradılan daimi Komissiya işini yekunlaşdırıb. Artıq komissiya tərəfindən sistemə daxil edilən məlumatların yoxlanması prosesi sona çatıb. Bununla da, sistem avtomatik olaraq müəllimlər arasında TOP 100 reytinqi müəyyənləşdirib. 2 ay ərzində bu sistemə 140-dan çox müəllimin elmi, tədris və özünüinkişaf fəaliyyətləri barədə məlumat daxil edilib.

2015-2016-cı tədrisili üzrə reytinq siyahısında 1-10-cu yerləri tutan müəllimlərin əmək haqqı 2 dəfə artırılacaq. 11-30-cu yerləri tutan müəllimlər üzrə bu göstərici1, 7 dəfə, 31-60-cı yerləri tutan müəllimlər üzrə 1,5 dəfə, 61-100-cü yerləri tutan müəllimlər üzrə 1,2 dəfə təşkil edəcək.

 

Zahid F. Məmmədov,

Azərbaycan Dövlət İqtisad Universitetinin “Bank işi”  kafedrasının müdiri, professor

 

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - onwin güncel giriş -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - instagram takipçi satın al - Yeraltı kablo döşeme ürünleri - Twitch view bot - tipobet - casino - Venusbet - likit - Fixbet - Starzbet - onwin -

starzbet

- aviator oyna - ton sniper bot - omegle -

Venusbet

-

Loodgieter Den Haag

-

sahabet

- onwin güncel giriş - tiktok takipçi satın al - SOL sniper bot -

onwin

-

onwin

-

gizli hesap görme

- pump fun sniper bot - marsbahis - grandpashabet güncel giriş - grandpashabet - grandpashabet giriş - grandpasha - grandpashabet girişi - grandpashabet resmi giriş - grandpashabet gir - grandpashabet üyelik - Grandpasha bet - porno izle - pump fun sniper bot - marsbahis - marsbahis - marsbahis