Differensial əmək haqqı sistemi UNEC-in intellektual məhsuludur

13 NOYABR 2015 | VIEWS:

Noyabrın 12-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan differensial əmək haqqı sisteminin tətbiqi ilə bağlı növbəti tədbir keçirilib.

UNEC-in 3-cü tədris binasının professor-müəllim heyəti ilə keçirilən görüşdə rektorun müşaviri Elşən Bağırzadə differensial əmək haqqı sistemi haqqında məlumat verib. Bildirib ki, ABŞ, Avropa, Türkiyə və Rusiya universitetlərinin təcrübəsinə əsaslanan sistemin tətbiqində məqsəd professor-müəllim heyətinin elmi-pedaqoji fəaliyyətini UNEC-in hədəfləri istiqamətinə yönəltməkdir.

Sistemin yaratdığı imkanlar barədə informasiya çatdırıldıqdan sonra görüş iştirakçılarının təklifləri dinlənilib və sualları cavablandırılıb.

Sonda differensial əmək haqqı sistemi haqda yaddaş qeydləri paylanılıb.

Professor-müəllim heyəti ilə növbəti görüş universitetin digər tədris binalarında keçiriləcək.