Differensial əmək haqqı sistemində müəllim layiq olduğu dəyəri alır

30 MART 2017 | VIEWS:

nazim_2017UNEC-in “İqtisadiyyat və işlətmə” kafedrasının baş müəllimi Nazim Cəfərsoy ilə müsahibə:

– Nazim müəllim, neçə ildir pedaqoji fəaliyyətlə məşğul olursunuz?

– On ildir ki, aktiv pedaqoji fəaliyyət göstərirəm. UNEC-lə yanaşı, əvvələr spesfik mövzularla bağlı Türkiyənin Bilkənt, Qazi, TOBB Ekonomi ve Teknoloji universitetlərində dərs vermişəm. Müəllimliyi öyrətmək və izah etmək kimi xarakterizə etsək, vurğulamaq istəyirəm ki, 1999-2006-ci illərdə Türkiyənin Avrasiya Strateji Araşdırmalar Mərkəzində çalışmışam. Bura istər Türkiyə, istərsə də Avrasiya coğrafiyası üçün çox önəmli qurumlardan biri idi. Biz informasiyanın işlənməsi və təhlili baxımından Türkiyədə ən iddialı mərkəz idik. Bu illərin mənə aşıladığı zəngin təcrübəyə görə həmin yeddi ili ayrıca bir universitet hesab edirəm.

– O zaman bu təcrübənin özəllikləri barədə danışmağınızı xahiş edirəm.

– Biz, 70-80 nəfərlik bir komanda dövrün ən müasir texnologiyaları vasitəsi ilə dünyada baş verən prosesləri təxminən 200 televiziya kanalı üzərindən təqib edir, öyrəndiklərimizi tədqiq edir, təqdimat hazırlayırdıq. Bu mexanizm bütün əməkdaşları həm də müəllim kimi formalaşdırırdı. Düşünün ki, həftənin müəyyən günləri məsul olduğumuz regionla bağlı aktual məsələləri Türkiyənin ən ciddi intellektual təbəqəsindən ibarət auditoriya qarşısında müzakirəyə çıxarırdıq. Bu təqdimatda rəsmən ciddi intellektual fırtına baş verirdi. Günlük iş həyatımızda isə səhərlər bir saat ərzində dünyada baş verən mühüm olayları müzakirə edir, proqnozları verir, sonra işə başlayırdıq. Belə demək olar ki, iş gününə bir saatlıq beyin fırtınası ilə başlayırdıq. Bu, həm inanılmaz zövqlü, həm də hədsiz məsuliyyətli bir iş idi. Bütün bunları nəzərə alanda deyə bilərəm ki, müəllimlik fəaliyyətinə 1999-cu ildən başlamışam.

– Siyasi elitadan ibarət auditoriya qarşısında müəllim kimi formalaşandan sonra bakalavrlara dərs keçmək çətin olmadı?

– Bunun da öz üstünlükləri var. Gəncliklə ünsiyyət əsas iki baxımdan faydalıdır. Birincisi, biz öz təcrubəmizi gənclərlə paylaşma fürsəti əldə edirik. Öz təcrübəmizə əsaslanaraq, gənclərin harada yanlış addım atacağını görə bilirik deyə, onlara öz məsləhətimizi verə bilərik. İkincisi isə, gənclik enerji deməkdir. Enerjini lazımi istiqamətə yönəltmək üçün bu yolu keçən biri kimi öz təcrübəmi paylaşmalıyam ki, onlar bizim vaxtında etmədiklərimizi edə bilsinlər, yanlışlarımızı təkrarlamasınlar. Mən tələbələrimə bütün bunları anlatmağı sevirəm. Düşünürəm ki, doğru pedaqoji yanaşma onları atacaqları səhv addımlardan döndərməyə qadirdir. Bu yanaşma bəzən çox sərt, bəzən yumşaq, bəzənsə zarafatla ola bilər. Yəni yerinə, şəraitinə, adamına görə dəyişər. Tələbələr müxtəlif xarakterlidir və hamısı ilə eyni cür davranmaq olmaz. Biz, Türk Dünyası İşlətmə fakültəsində gənclərə mütərəqqi təhsil dəyərlərini verməyi daha doğru hesab edirik. Gənc sabah real həyatda nəzəriyyə ilə təcrübə arasındakı fərqdə uçuruma yuvarlanmasın deyə müəllim tələbə üçün ideal olanla praktika olan arasındakı körpünü qurmalıdır.

Digər üstünlükləri bizim gənclərdən öyrəndiklərimiz, onlarla münasibətin müəllimdə motivasiya yaratması, müasir dünyanı daha doğru anlamaları kimi səciyyələndirmək olar. Bir sözlə desək, onlar mənə pozitiv enerji transfer edir, mənsə onlara bu enerjilərini necə doğru yönəldəcəklərini tövsiyə edirəm. Əsasən III və IV kurslara dərs keçirəm, amma sosial şəbəkə üzərindən I və II kurs tələbələri ilə də əlaqə yaradıram.

– Bu əlaqələr həm də çox incə yumorla müşahidə edilir…

– Bəli! Sosial şəbəkənin öz dili, qaydaları var və biz də ona uyğunlaşmağa çalışırıq. Qısa desək, bu məkanda zarafat da edə bilirik. Amma bu zarafatların da kökündə tələbələri motivə etmək, karyeralarında yüksəlişə səsləmək və s. kimi vacib amillər dayanır. Təhsillərinə xaricdə davam etmələrini və dil biliklərini inkişaf etdirmələrini mütəmadi diqqətimdə saxlayıram. Ərkim çatan tələbəyə tam ciddiyətlə “önümüzdəki üç ay içində IELTS serifikatı almalısan”, yaxud “bir il sonra mənə filan ölkədən mesaj yazacaqsan” deyirəm. Zamanla da bu metodun pozitiv effektini görürəm. Tələbə bir az tənbəllik edirdisə, özgüvəni tam deyildisə də belə deyincə artıq öz üzərində daha səylə çalışır və bir də görürəm deyilən vaxtın sonunda sertifikatını gətirib təqdim edir. Yaxud bir tələbəm, məsələn Sevinc Ömərli bir zamanlar deyirdi ki, mən Bakıdan başqa heç harda yaşaya bilmərəm. İndi isə dünyanın yarısını gəzib. Bu gün də artıq doktorantura təhsili üçün Macarıstandadır. Bütün bunlar mənim üçün həm qürurverici, həm də bir az əyləncəlidir.

– Sosial şəbəkədəki profilinizi izlədikdə mütəmadi olaraq tələbələrə yönəlik məlumatları paylaşmağınız, iş elanlarını diqqətə almanız, müzakirələrdə qurduğunuz dialoq auditoriyadakı atmosferi təxmin etməyə kömək edir. Bir az fərqli mühitmiş, alışdığımız auditoriyalardan nisbətən fərqli…

– Bəli. İstədiyiniz zaman dərslərimizdə iştirak edib, şahidi ola bilərsiniz. Hamımız insanıq və beşikdən məzaradək öyrənirik. Öyrənmək hər zaman zərurətdir. Müəllimlik yaradıcılıq tələb edir. Bu yaradıcılıq da çox vaxt fərqli düşüncələrin məhsulu kimi ortaya çıxır. Burada gənclərin rolu da faydalı olur.

– Ümumiyyətlə, bütün peşə sahiblərində yaradıcı potensialın olması onun bir addım öndə olması deməkdir.

– Tamamilə doğrudur. Tələbələrin öz ixtisaslarına daha yaradıcı yanaşmasını təmin etmək üçün zaman-zaman ortaya maraqlı məqamlar çıxır. Bayaq yumordan danışdıq deyə, onun davamı olaraq bir neçə nüansı xatırlamaq istəyirəm. Bir dəfə “Azərbaycanın xarici siyasəti” dərsində tələbələr daha yüksək nəticələr göstərmələri üçün müxtəlif təkliflər verdilər. Mən adətən onları doğruya yönləndirməyə çalışarkən bəzən “bu il filan kitabları oxuyacaqsınız” deyirəm. Etiraz edəndə “300 səhifə idi, 350 oldu” deyə, əlavə edirəm. “Əgər etiraz etməyə enerjiniz varsa, o zaman bu enerjini daha səmərəli istifadə edərək lap 450 səhifə də oxuya bilərsiniz” deyirəm. Təbii ki, oxuyurlar. Bəzən də yetərincə oxumayan bir tələbə olur ki, onu da fərqli metodla motivə edirəm. Bəzən də çox həvəsli tələbəni əlavə təqdimat etməyə motivə edirəm və təbii ki, bu onların qiymətində özünü müsbət mənada göstərir. Məsələn, bir neçə  il əvvəl “Azərbaycanın xarici siyasəti” dərsində uşaqlardan ikisi dedi ki, biz Azərbaycan-Fransa və Azərbaycan-İtalya mövzularında təqdimat edəcəyik. Bir az yaradıcı olarsa, nəzərə alarıq dedim. Tələbələrdən Şəbnəm Hacıyeva skype vasitəsilə İtalyaya bağlanıb, italyalı bir gənclə “İtalyadan görünən Azərbaycan” barədə ikili müzakirəni canlı təqdim etdi, sonra öz təqdimqatını danışdı və sonda isə bütün auditoriyanı özünün hazırladığı pizzaya qonaq etdi. İkinci tələbə, Nübar Həziyeva isə auditoriyanı fransızca salamladıqdan sonra çox maraqlı bir təqdimat etdi. O da sonda qrup yoldaşlarına Napaleon tortu ikram etdi. Yəni uşaqlar həqiqətən çox çalışmışdılar. Həm göstəricilərini yüksəltdilər, həm də mənə verdikləri sözə əməl etmiş oldular. Şəbnəm sözünü tutdu, magist pilləsi ilə təhsilinə İtaliyada davam etdi, bu gün də artıq xaricdə öz yaşına görə əhəmiyyətli bir layihənin meneceridir. Nübarın isə mənə fransızcanı çox yaxşı öyrənmək “borcu var”, kurslara gedir. Sonra Fransaya getmək sözünü yerinə yetirəcək.

Arada sosial şəbəkədə tələbələrin gözümüz önündə baş verən inkişaf mərhələlərini yazıram. Bütün bunlar çox müsbət hallardır. Onu da deyim ki, Facebookda bizim fakültənin məzunlarına özəl “Tudifak məzunları” qrupumuz da var. Yəni məzunlarımızın sonrakı fəaliyyətindən də daima xəbərimiz olur. Zarafatla desək, karyeralarının hər mərhələsində “gözümüz üstlərindədir”. İzləyir, qürur duyuruq!

– Əksər insanlar sosial şəbəkə vaxtımı çox alır deyir. Siz UNEC-də tətbiq edilən Differensial Əməkhaqqı Sisteminə görə müəllimlərin reytinq cədvəlinə liderlik edirsiniz. Bütün bunlar ciddi zəhmətin, çalışqanlığın nəticəsidir. Eyni zamanda da sosial şəbəkədə heç bir tələbənin müraciətinə biganə qalmayacaq qədər fəalsınız. Bütün dünyanın əziyyət çəkdiyi zamanın idarəedilməsi sahəsində verə biləcəyiniz hər hansı məsləhət mütləq vardır.

– Açığını deyirəm, zaman mənim üçün də problemdir. Amma işimi sosial media ilə bütünləşdirdikdə vaxtıma ciddi qənaət etmiş oluram. Məsələn, bu, görüşü bir mesajla əvəzləməklə olur. Ya da oxuduqlarımı elə həmin vaxt paylaşıram. Bu müəllimlikdən – yəni bilgiləndirmə sevgisindən və paylaşım istəyindən irəli gəlir. İşimlə sosial media bir-birini tamamlayır. Hər kəs bilməlidir ki, texnologiyanı qaçırmaq, dünyanı qaçırmağa bərabərdir.

– Differensial Əməkhaqqı Sisteminin 2015/16-ci tədris ilinin nəticələrinə görə, müəllimlərin reytinq cədvəlində adınız birinci yerdədir. Bir az da bu barədə danışmağınızı istəyərdik. Qeyri-ixtisas kafedrası olaraq, bütün bu göstəricilərə cavab verərək belə bir nəticə göstərmək hər halda asan olmayıb. Öz uğur formulunuzu gənc müəllimlərə açıqlamanızı istərdiniz…

– Əvvəlcə sualın birinci hissəsinə cavab verim. Beynəlxalq təcrübə, mövcud həyat reallıqları və dünyanın gedişatı göstərir ki, beynəlxalq münasibətlər iqtisadiyyat sahəsi üçün qeyri-ixtisas fənni deyil. Məlumdur ki, iqtisadi münasibətlərdə siyasi münasibətlər də yer alır. Kainat elə interaktivləşib ki, artıq beynəlxalq münasibətlərsiz bir dünya düşünmək mümkün deyil. ABŞ-dakı texnoloji inkişafın qısa zamanda Azərbaycana gəlməsi özü də müəyyən mənada beynəlxalq münasibətlərin təzahürüdür. Xəritədə göstərə bilməyəcəyiniz kiçik bir ölkədə baş verən terror aktının neft qiymətlərinə təsir etdiyi bir dünyada beynəlxalq münasibətləri iqtisadiyyatdan uzaq və  qeyri-ixtisas fənni hesab etmək çox yanlışdır. Bir iqtisadçı beynəlxalq münasibətlərdəki prosesləri nəzərə alarsa və ya bu sahənin mütəxəssisləri ilə fikir mübadiləsi apararsa iqtisadi proqrnoz verə bilər. Beynəlxalq münasibətlərlə iqtisadiyyat bir-biri ilə interaktiv bağlara malikdir. Bu mənada beynəlxalq münasibətlərin qeyri-ixtisas fənni hesab edilməsinin doğru yanaşma olduğunu düşünmürəm və bu fikir dünya reallıqları ilə uyğunlaşmır. Bu iki ixtisas bir-biri ilə bağlı olmağa məcburdur. Çünki obyekti insandır, cəmiyyətdir, dövlətdir. Nə iqtisadi motivi gözardı edərək siyasi proseslərə proqnoz vermək doğrudur, nə əksi. Konkret misallar çəksək görərik ki, bu gün dövlət və hökümət adamları sırasında kifayət qədər UNEC məzununun olması heç də təsadüfi deyil. İqtisadiyyat, inzibati idarəetmə və xarici siyasət hər bir dövlətin uğurlu idarəsində sintez təşkil etməlidir. Bunları bir- birindən ayrı düşünmək mümkün deyil.

– Bir məqam da var. Müəllim üçün ixtisas yoxdur, müəllimlik özü ixtisasdır. Müəllim zatən öz sahəsinin peşəkarı olmalıdır.

– Doğrudur! Mən iqtisadçıların reytinq cədvəlində yox, müəllimlərin reytinq cədvəlində birinci olmuşam. Bu mövzuda özəlliklə vurğulamaq istədiyim məqam odur ki, birincilik mühümdür və  sevindiricidir,  ancaq  bunu reallaşdıran sistem də vacibdir. Burada əsas olan belə obyektiv bir dəyərləndirmə sisteminin mövcudluğudur. Bu sistemdə müəllim layiq olduğu dəyəri alır. Differensial Əməkhaqqı Sistemində uğur qazanmaq üçün siz bir müəllim kimi məqalələr yazmalı, keyfiyyətli tədris verməli, tələbələrin bu tədrisi mənimsəməsini təmin etməli və özünüzü inkişaf etdirməlisiniz.

Uğur formuluna gəlincə, səmimi deyim, rəqabət mühiti çox motivə etdi. Sistemdəki bütün kriteriyalara uyğun fəaliyyətlər etməyə çalışdım. Amma hədəfdə birincilik yox idi. Öncə ilk yüzə daxil olmaq arzusu yarandı. Sonra ilk əlliliyə hədəfləndim. Sonra digər hədəflər və nəticədə birinci oldum. Burda üç məqam mühümdür. Əvvəla, bu cür rəqabətdə sistemin mahiyyəti və obyektivliyi önəmlidir. Fikrimcə, differensial sistem UNEC rəhbəliyinin unversitet səviyyəsində həyata keçirdiyi ən əhatəli, kompleks, maliyyətli və sistematik islahatdır. Ancaq bu sistemin zaman içərisində artan rəqabətə və ehtiyaclara uyqun olaraq daha da təkmilləşdirilməsinin zəruri olduğunu düşünürəm. İkincisi, nəticənin ədalətli olması mühümdür. Məncə, sistem bunu təmin etməyə imkanı verir. Üçüncüsü, bu birincilik sadəcə bir tədris ili üçün keçərlidir. Düzdür, Azərbaycanda tamamilə yeni sayılan bir sistemin ilk tətbiq edildiyi UNEC-də müəllimlər arasında ilk reytinq birincisi olmaq mənalıdır. Ancaq bu müvəqqətidir və yeni tədris ili üçün hər şeyə yenidən başlamaq lazım gəlir.

– Artıq birinci olmaqda bəlli bir təcrübəyə sahibsiniz. Bu birinciliyi qoruyacağam dediyiniz anlar olur?

– Bu tədris ilində də ilk yüzlükdə yer almağı hədəfləmişəm. Mövcud şərtlərdə uğur cədvəlində hələlik standart ilk yüzlükdür. Hələ son nəticələrin açıqlanmasına bir neçə ay var və son nəticədə sıralamada necənci olacağımı zaman göstərəcək. Təbii ki, hamı kimi mən də mümkün olduğunca üst sıralarda yer almaq istəyərəm, ancaq bunu  indidən dəqiq deyə bilmərəm. Sonda bu sistemdə bütün müəllim həmkarlarıma uğurlar arzulayıram. Haqq edən qazansın!

 

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - onwin güncel giriş -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - instagram takipçi satın al - Yeraltı kablo döşeme ürünleri - Twitch view bot - tipobet - casino - Venusbet - likit - Vbet - Fixbet - Starzbet - onwin - Betosfer -

starzbet

- aviator oyna - ton sniper bot - omegle -

Venusbet

-

Loodgieter Den Haag

-

sahabet

- onwin güncel giriş - tiktok takipçi satın al - SOL sniper bot -

onwin

-

onwin

-

gizli hesap görme

- pump fun sniper bot - marsbahis - grandpashabet güncel giriş - grandpashabet - grandpashabet giriş - grandpasha - grandpashabet girişi - grandpashabet resmi giriş - grandpashabet gir - grandpashabet üyelik - Grandpasha bet - porno izle - pump fun sniper bot - marsbahis - marsbahis - marsbahis