1956-cı il may ayının 12-də Ulu Borçalı mahalının qədim Başkeçid (indiki Dmanisi) rayonunun Qızıl-kilsə kəndində anadan olmuşdur.
1973-cü ildə Qızılkilsə kənd orta məktəbini bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika fakültəsinə daxil olub. 1982-ci ildə həmin universiteti bitirib.
1998-ci ildə “Karbon və azot atomlarının dəmir-nikel və dəmir manqan ərintilərində atomların paylanmasına, faza keçidlərinə və xassələrinə təsiri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb.
Əmək fəaliyyətinə 1973-cü ildə Bakı Tunel-Tikinti İdarəsində fəhləliklə başlayıb. 1983-cü ildə Bakı şəhər 25 saylı texniki-peşə məktəbinin azad komsomol təşkilat katibi, 1990-cı ildə Nizami rayonu “Bilik” cəmiyyətinin məsul katibi, 1992-1997-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ali və Orta İxtisas Təhsili İdarəsində mütəxəssis vəzifəsində çalışıb.