Doktorantura şöbəsi haqqında

UNEC-in peşəkar akademik heyəti, çoxsaylı tədqiqat mərkəzləri, ən müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyaları, 7/24 saat rejimində online və offline formada işləyən zəngin kitabxanası keyfiyyətli doktorantura təhsilinin təşkil edilməsi üçün bütün imkanları təqdim edir.

Doktoranturada təhsil prosesləri Azərbaycan Respublikasının “Təhsil haqqında” və “Elm haqqında” Qanunları, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2010-cu il tarixli 129 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının müvafiq qərarları, Azərbaycan Respublikası Təhsil Nazirliyinin normativ-hüquqi aktları və UNEC-in daxili qaydaları ilə tənzimlənir.

Doktoranturada təhsil fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə həyata keçirilir. Doktoranturada təhsilalma əyani (istehsalatdan ayrılmaqla) və qiyabi (istehsalatdan ayrılmamaqla) formalar üzrə həyata keçirilir. Doktorantura təhsili dissertantlıq (dissertantura) yolu ilə də reallaşdırır. Doktoranturada təhsil dövlət hesabına və (və ya) ödənişli əsaslarla həyata keçirilir.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 3 il, qiyabi 4 il, dissertantlıq yolu ilə 4 ildir. Elmlər doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 4 il, qiyabi 5 il, dissertantlıq yolu ilə 5 ildir. Müstəsna hallarda bütün təhsil formaları üzrə təhsil müddəti uzadıla bilər.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları sənəd verə bilərlər. Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağa qadir və “Fəlsəfə doktoru” (elmlər namizədi) elmi dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.

Dissertantlıq yolu ilə “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq hüququna ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan elmi və elmi-pedaqoji kadrlar malikdirlər. “Elmlər doktoru” elmi dərəcəsi almaq hüququna “Fəlsəfə doktoru” (elmlər namizədi) elmi dərəcəsi olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan elmi və elmi-pedaqoji kadrlar malikdirlər. Dissertant kimi təhkim olunmaq istəyən şəxslər azı iki il elmi və ya elmi-pedaqoji iş stajına malik olmalıdırlar.

Doktorantura səviyyəsi üzrə QƏBUL

Azərbaycan Respublikasında yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması ali təhsilin ən yüksək səviyyəsi olan doktorantura (hərbi təhsil müəssisələrində — adyunktura) yolu ilə həyata keçirilir və müvafiq elmi dərəcələrin (elm sahələri göstərilməklə, fəlsəfə doktoru və elmlər doktoru) verilməsi ilə başa çatır.

Doktoranturada təhsil fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə həyata keçirilir. Doktoranturada təhsilalma əyani (istehsalatdan ayrılmaqla) və qiyabi (istehsalatdan ayrılmamaqla) formalar üzrə həyata keçirilir. Doktorantura təhsilini həyata keçirən ali təhsil müəssisələri, elmi müəssisə və təşkilatlar elmi kadr hazırlığını dissertantlıq (dissertantura) yolu ilə də reallaşdırır. Doktoranturada təhsil dövlət hesabına və (və ya) ödənişli əsaslarla həyata keçirilir.

Əməkdaşlar:

Babayeva Cəfərli Bəsirə Muxtar qızı – Doktorantura şöbəsinin baş mütəxəssisi

Osmanova Günay Ziyəddin qızı – Doktorantura şöbəsinin mütəxəssisi

*

Elmi plagiat hallarına qarşı mübarizə qaydaları – 2022

Azərbaycanin Vergi jurnalı – müəlliflər üçün qaydalar

Plagiat – Qaydalar

*

Referatın yazılmasına tələblər

Elmi əsərlərin siyahısı – forma

 

*

Doktorantura şöbəsinin xəbərləri UNEC NEWS-da

Doktorantura şöbəsinin xəbərləri UNEC NEWS-da (2016 – 2018)

*

ELAN:

Doktorant və dissertantların nəzərinə: “İxtisas” və “İqtisadın ümumelmi əsasları” fənləri üzrə imtahanlar keçiriləcək

23-25 iyun 2025-ci il tarixlərində UNEC-in IV korpusunda (Abbas Səhhət 45A), saat 10.00-da doktorant və dissertantlar üçün “İxtisas” və “İqtisadın ümumelmi əsasları” fənləri üzrə fələsəfə doktoru imtahanları təşkil ediləcəkdir.

İmtahan yazılı və şifahi keçirilir. İmtahanın müddəti 2 saat 30 dəqiqədir. Doktorant sualları 2 saat ərzində cavab vərəqində yazılı, 30 dəqiqə ərzində imtahan komissiyasının üzvləri qarşısında şifahi qaydada cavablandırır. Hər bir imtahan bileti ixtisas üzrə 4 sualdan ibarətdir. İddiaçının biletində olan suallar və onlara verilən cavablar cavab vərəqində qeyd edilir. Doktorantın dissertasiya mövzusuna dair 5-ci sual imtahan komissiyası üzvləri tərəfindən ona şifahi cavablandırma zamanı verilir və cavab vərəqində qeyd edilmir. İmtahan komissiyasının üzvləri doktoranta biletə düşən suallar çərçivəsində və dissertasiya mövzusuna dair əlavə dəqiqləşdirici suallar verə bilərlər.

Hər bir sualın cavabı 10 ballıq şkala üzrə qiymətləndirilir. İmtahan üzrə keçid balı 25 baldır.

İmtahanlarda iştirak üçün tələb olunan ərizəni (imzalayıb SCAN edərək pdf formada), şəxsiyyət vəsiqəsinin surətini və dissertasiya mövzusunun Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası tərəfindən təsdiqlənməsi barədə məktubun surətini 05 iyun 2025-ci il tarixinədək [email protected] e-mail ünvanına göndərilməsi xahiş olunur.

UNEC-in doktorantı olmayan şəxslər imtahana buraxılmaları üçün qeyd edilən sənədlərlə yanaşı dissertasiya işinin yerinə yetirildiyi müəssisənin UNEC-in rektoruna müraciət məktubunu da 05 iyun 2025-ci il tarixinədək təqdim etməlidirlər.

İmtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədin əslini unutmamağınızı xahiş edirik.

*

UNEC 2025-ci il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul elan edir

Qəbul qaydaları

Qəbul planı

Ərizə və göndəriş formaları

*

Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu 

Elm haqqında Azərbaycan Respublikasının Qanunu 

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə” 

Nazirlər Kabinetinin 1 iyul 2010-cu il tarixi 129 nömrəli Qərarı ilə təsdiq olunmuş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları” 

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarları 

*

Avtoreferatın tərtibi Qaydası

Dissertasiya Şuralarının yaradılması və işi barədə təlimat

Dissertasiyanın tərtibi Qaydası

Fəlsəfə doktoru imtahanlarının verilməsi Qaydası

Dissertasiya şuraları nəzdində elmi seminarın fəaliyyətinin təşkili Qaydası

*

Doktoranturaya QƏBUL VƏ DOKTORLUQ İMTAHANLARI SUALLARI:

Elektronika – Proqram
Yarimkeçiricilər fizikası – proqram
Dünya iqtisadiyyatı – İxtisas imtahanı mövzuları
Dünya iqtisadiyyatı fəlsəfə doktoru

Dünya iqtisadiyyatı qəbul (az)
İqtisadi nəzəriyyə -fəlsəfə doktoru
İqtisadi nəzəriyyə – qəbul
İstehsalın təşkili doktorluq (az)
İstehsalın təşkili qəbul (az)
Mühasibat uçotu və audit doktorluq
Mühasibat uçotu – qəbul
Qida məhsullarının texnologiyası doktorluq
Qida məhsullarının texnologiyası qəbul
Sahə iqtisadiyyatı – fəlsəfə doktoru
Sahə iqtisadiyyatı – qəbul
İqtisadi fəaliyyət növləri – qəbul

Ümumi iqtisadiyyat – fəlsəfə doktoru
Ümumi iqtisadiyyat- qəbul
Daxili Fiskal siyasət – fəlsəfə doktoru
Daxili fiskal siyasət və dövlət maliyyəsi qəbul (az)
Ekonometriya; iqtisadi statistika doktorluq
Ekonometriya; iqtisadi statistika qəbul (az)
İqtisadiyyatın ümumi əsasları
Toxuculuq və yüngül sənayesi materialları doktorluq (az)
Texnoloji maşınılar və sahə avadanlıqları
Fəlsəfə fənni üzrə proqram
İqtisadi fəaliyyət növləri – fəlsəfə doktoru
Maşınlar, avadanlıqlar və proseslər

 

 

Mersin eskort - buy tiktok followers - takipcimx - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - onwin güncel giriş -

anlaşmalı boşanma

- toscanello satın al - Premium Hookah - Yeraltı kablo döşeme ürünleri - tipobet - Vazol - likit - Fixbet - Starzbet - tiktok takipçi satın al -

onwin

- vip transfer antalya - matadorbet - onwin - onwin - postegro giriş - ucuz uz - vozol -
volgerskopen.com