Dövlət müstəqilliyinin bərpasının 30 illiyinə həsr olunan UNEC İqtisadi Forumu keçiriləcək

23 NOYABR 2021 | VIEWS:
111

forum_1811211-3 dekabr tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi və digər təşkilatlarla birgə UNEC İqtisadi Forumu Bakı 2021 (UNEC Economy Forum Baku 2021) təşkil olunacaq.

Forum rəqəmsal iqtisadiyyatın asanlaşdırılması kimi post-pandemiya dövrü üçün müəyyən olunan mərhələləri, eləcə də Azərbaycanın sosial-iqtisadi transformasiyaları əhatə edən müstəqillik yolunu əks etdirəcək. Bundan əlavə, Forum, aparıcı dövlət və özəl təşkilatları, eyni zamanda təcrübəli sənaye mütəxəssislərini bir araya gətirəcək. Bununla da, iştirakçılara ən son iqtisadi və sosial inkişaf, çağırışlar və imkanları müzakirə üçün platformanı təmin etmiş olacaq.

UNEC İqtisadi Forumunda Prof. Dr. Aziz Sancar və Prof.Dr. Muhammad Yunus kimi Nobel laureatları, həmçinin özəl və dövlət təşkilatlarının rəhbərləri, yerli və beynəlxalq sənaye ekspertləri iştirak edəcəklər.

Forumun əsas şüarı “Zəfər Yolu” olaraq müəyyənləşdirilib. Forumda aşağıdakı mövzular çərçivəsində müzakirələr aparılacaq:

  • Dəyişən qlobal iqtisadi sistemdə necə üstün mövqe tutmalı;
  • Qlobal iqtisadi artım üçün əsas problemlər;
  • Yüksək texnologiyalı istehsal ekosistemi;
  • İqtisadiyyatın rəqəmsal transformasiyası;
  • Yaşıl iqtisadiyyat və davamlı inkişaf;
  • Sosial təminat;
  • Biznes;
  • Post-pandemiya dövrünün iqtisadi çətinlikləri;
  • Pandemiya sonrası biznesin transformasiyası;
  • Azərbaycan iqtisadiyyatının keçmişinə və gələcəyinə baxış;

Forum çərçivəsində 3 gün ərzində 5 panel üzrə müzakirələr gedəcək. Panellər aşağıdakı kimidir:

  • PANEL 1: Azərbaycanın gələcək inkişaf strategiyası: qlobal trendlər və yerli faktorlar
  • PANEL 2: Post-pandemiya dövründə elm və təhsil
  • PANEL 3: İqtisadiyyatın rəqəmsal transformasiyası: Yeni çağırışlar, yeni imkanlar
  • PANEL 4: Post-pandemiya dövründə biznes transformasiyası
  • PANEL 5: Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya

Qonaqların 4 dekabr tarixində Qarabağa səfər etməsi də tədbirin proqramına daxil edilib.

Tədbirlə bağlı ətraflı məlumatı unecforum.az saytından və aşağıdakı əlaqə vasitələrindən əldə edə bilərsiniz.

Forumda iştirak Qaydaları

Forumun instaqram səhifəsi: Instagram.com/uefbaku

Forumun facebook səhifəsi: Facebook.com/uefbaku

*

https://news.unec.edu.az/xeber/100-elm/8113-bold-red-dovlet-mustegilliyinin-berpasinin-30-illiyine-hesr-olunan-unec-igtisadi-forumu-kechirilecek-bold-red

112 7
WordPress SEO - www.mersindugun.com - escort eskisehir - betasus güncel giriş -
betist güncel giriş
-

casinoslot güncel giriş

- sekabet güncel giriş -
dumanbet güncel giriş
- holiganbet yeni giriş -

timebet yeni giriş

-
casinomaxi.click
- klasbahis yeni giriş - Sağlık Personeli