Məlumata görə, ümumilikdə 65 ali təhsil müəssisəsi məzunlarının iştirak etdiyi imtahanlarda UNEC məzunları üstünlük təşkil edib. İmtahandan uğur qazananların siyahısına da UNEC liderlik edir. Belə ki, imtahanda iştirak etmək üçün müraciət edən 538 UNEC məzunundan 251 nəfəri (46.7%) sertifikat almaq üçün tələb olunan balı toplayıb.
UNEC-dən sonra siyahıda Bakı Dövlət Universitetinin adı gəlir – 521 məzundan 230 nəfər (44.1%). III yerdə isə Dövlət İdarəçilik Akademiyasıdır – 78 məzundan 48 nəfər (61.5%).