UNEC Biznes Məktəbinin direktor müavini Dünya Mustafayeva

26.06.1991-ci ildə Bakı şəhərində anadan olmuşdur.

2007-ci ildə Bakı şəhəri 20 nömrəli məktəb-liseyi bitirmişdir.

2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinə daxil olmuş, 2011-ci ildə isə həmin fakültəni bitirmişdir.

2011-ci ildə  Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxal iqtisadi münasibətlər ixtisası üzrə magistraturaya daxil olmuş, 2013-ci ildə magistr dərəcəsi almışdır.

2011-2013-cü ildək Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq ticarət kafedrasının 0.5 ştat laborantı vəzifəsində işləmişdir.

2013-2016-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Qeydiyyat uçot bölməsinin Tyutoru vəzifəsində işləmişdir.

2016-2021-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Tədrisin keyfiyyətinin qiymətləndirilməsi və idarə edilməsi mərkəzinin “Elektron universitet” şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində işləmişdir.

 

*

2021-2022-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin UNEC Extern Mərkəzinin “Təhsil və təlim teexnologiyalar” şöbəsinin müdiri vəzifəsində işləmişdir.

2022-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin UNEC Biznes Məktəbinin direktor müavini vəzifəsində çalışır.

Azərbaycan, Türk, Rus və İngilis dillərini bilir.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir. Bir övladı var.

*