Direktor:
|
Direktor müavini:
|
UNEC magistrləri müzakirə edir: “İnformasiya sistemlərinin və texnologiyalarının müasir problemləri” (13.04.2018)
UNEC-in magistri qaliblər sırasında (07.05.2017)
UNEC magistratura pilləsində yeni standartların tətbiqinə başlayıb (11.10.2016)
UNEC-in Magistratura Mərkəzi: prioritetlər, hədəflər (16.05.2016)
UNEC magistrləri “Bank of Baku” ASC-nin təqdim etdiyi t..crübə proqramına seçilib (03.03.2016)
UNEC magistrləri dissertasiyalarını ictimaiyyət nümayəndələri qarşısında müdafiə ediblər (24.02.2016)
Magistrlərin elmi-pedaqoji təcrübəsi başlayıb (19.02.2015)
Auditorlar Palatasının sədri UNEC magistrlərinə ustad dərsi keçib (10.12.2015)
Vergilər nazirinin müşaviri UNEC magistrlərinə ustad dərsi keçib (30.11.2015)
UNEC-də Magistratura səviyyəsində tədrisin yeni standartları hazırlanır (26.10.2015)
Universitetimizdə magistrant hazırlığına 1 sentyabr 1997-ci ildə başlanılmışdır. Əvvəlcə magistr hazırlığı yeni yaradılmış Magistratura şöbəsi tərəfindən həyata keçirilirdi. 2001-ci ildə şöbənin əsasında Magistratura fakültəsi yaradılmış, 27 yanvar 2005-ci ildən isə magistr hazırlığını daha da təkmilləşdirmək, həmçinin müasir dövrün kəskin rəqabəti şəraitində hərtərəfli biliklərə yiyələnmiş və ölkə iqtisadiyyatının müxtəlif sahələrində aparılan islahatları həyata kecirə biləcək yüksək ixtisaslı mütəxəssislərin hazırlanması prosesinin gücləndirilməsi, magistratura təhsilinin Avropa kredit sisteminə inteqrasiyasının sürətləndirilməsi məqsədilə magistratura fakültəsi bazasında magistr hazırlığı mərkəzi yaradılmışdır. Hazırda bu qurum Magistratura Mərkəzi adlanır. Bu gün iqtisadiyyatın müxtəlif sahələri üzrə magistr dərəcəli kadrlar hazırlayan və elmi araşdırmalar həyata keçirən Texniki-texnoloji ixtisaslar üzrə Magistratura Mərkəzində təxminən 350-dək magistrant təhsil alır.
Dissertasiya işinin yerinə yetirilməsi
Magistrantlar təhsil prosesi ilə paralel olaraq, ilk semestrdən başlayaraq, universitetin və respublikanın ən təcrübəli alim və ya mütəxəssislərinin elmi rəhbərliyi altında ixtisas kafedraları tərəfindən dissertasiya işi üzərində işləyir və dördüncü semestrin sonunda ixtisaslaşdırılmış elmi şuralarda müdafiə etdikdən sonra magistr dərəcəsi almağa layiq görülürlər.
Qəbul qaydaları
Universitetin Magistratura Mərkəzinə qəbul Dövlət İmtahan Mərkəzi tərəfindən aparılır və qəbul qaydaları hər il adı çəkilən qurum tərəfindən nəşr olunan “Magistr” jurnalında yerləşdirilir. Müəyyən olunan qaydalara əsasən magistr pilləsində təhsil almaq istəyən məzun bakalavrlar I mərhələdə xarici dil, məntiq, informatika fənlərindən; II mərhələdə isə ixtisas fənnindən test üsulu ilə imtahan verirlər.
Qeydiyyat və yenidən qeydiyyat
Qəbul imtahanlarını uğurla başa vurub universitetimizin magistraturasında təhsil almaq hüququ qazanmış magistrantlar, Dövlət İmtahan Mərkəzinin elan etdiyi müddət ərzində universitetdə qeydiyyatdan keçməlidirlər. Qeydiyyat zamanı universitetin tələb etdiyi sənədləri Qəbul komissiyasına təqdim etməlidirlər. Magistraturaya qəbul hərbi xidmətdən möhlət hüququ verir. Könüllülük əsasında hərbi xidmət keçmək istəyənlər təhsillərini bir illik dondurmalı, hərbi xidmətə getdikdən sonra müvafiq arayışı hərbi şöbəyə göndərməlidirlər. Bu arayış əsasında həmin magistrantlara hərbi xidmətdə olacaqları müddət ərzində akademik möhlət verilir. Hərbi xidmətdən qayıtdıqdan sonra magistrantlar əsgərliyini başa vurması ilə bağlı müvafiq sənədləri (hərbi xidməti başa vurmaq haqqında arayışı – hərbi bileti) universitetin hərbi şöbəsində qeydiyyatdan keçərək, yenidən magistrantlar sırasına bərpa edilirlər.
Tədris ili
Magistratura mərkəzində tədris ili, əyani təhsil üzrə 15 dərs həftəsindən ibarət olan payız və yaz semestrlərindən ibarətdir. Payız semestri sentyabr-yanvar, yaz semestr isə fevral-iyun aylarını əhatə edir. Magistrantlar 4 semestr dərs keçir. IV semestrdə dərslərin keçilməsi nəzərdə tutulmamışdır – elmi-tədqiqat, elmi-pedaqoji təcrübə və dissertasiya işlərini tamamlanmaları üçün onlara sərbəst vaxt ayrılmışdır.
Akademik potensial
Magistratura Mərkəzində magistr hazırlığına demək olar ki, universitetimizin texniki-texnoloji ixtisas kafedraları, “Humanitar elmlər”, “Menecment”, “İqtisadi nəzəriyyə” və “Xarici dil” kafedraları cəlb olunmuşdur. Dərslər təcrübəli professor və dosentlər, həmçinin ayrı-ayrı nazirlik, komitə, özəl müəssisə və təşkilatların respublikada tanınmış, ən nüfuzlu, aparıcı mütəxəssisləri tərəfindən aparılır.
Mərkəzin mütəxəssisi:
Hacıyeva Xəyalə Nizami qızı
E-mail:khayala.haciyeva@unec.edu.az
Tyutor
Tağıyeva İlahə Fərhad qızı
E-mail: ilaha_tagiyeva@unec.edu.az
*
Rzayeva Ramilə Bəndəli qızı
E-mail: rzayeva_ramila@unec.edu.az
Operator-kargüzarlar
Nadirova Mətanət Omar qızı
E-mail: matanat.nadirova@unec.edu.az
Məlikova İradə Əhməd qızı
E-mail: i.malikova@unec.edu.az
Osmanova Günay Ziyəddin qızı
E-mail: gunay.osmanova@unec.edu.az
İxtisaslaşdırılmış şuralarda magistr dissertasiyalarının müdafiəsi QRAFİKİ
2021/2022-ci tədris ilin yaz semestri üzrə yekun imtahan cədvəli
MAGİSTR DİSSERTASİYASININ YAZILMASI VƏ QİYMƏTLƏNDİRİLMƏSİ QAYDALARI
III BINA üzrə 2021/2022-ci tədris ilinin Yaz semestrinin ARA İMTAHAN CƏDVƏLİ
2021/2022-ci tədris ilinin yaz semestri üçün I kurs əyani tədris qruplarının DƏRS CƏDVƏLİ
UNEC-də MAGİSTRATURA MƏRKƏZİ üzrə cari və aralıq qiymətləndirmənin təşkili və keçirilməsi QAYDALARI
2021/2022-ci tədris ili üçün I kurs magistrantlarının KONTİNGENTİ
2021/2022-ci tədris ili üçün II kurs magistrantlarının KONTİNGENTİ
Magistrantların nəzərinə!
UNEC rəhbərliyinin müvafiq qərarı ilə tələbə və magistrantlara göstərilən xidmət səviyyəsinin daha da yüksəldilməsi məqsədilə təqdim edilən arayışlar və akademik transkriptlərin alınması üçün müraciətlərin elektron şəkildə qəbul edilməsinə başlanmışdır. Bunun üçün http://birpencere.unec.edu.az veb səhifəsinə daxilə olaraq magistrantın şəxsi kabinetinin istifadəçi adı və şifrəsi ilə sistemə giriş edib müvafiq şəkildə müraciət edə bilərsiniz. Xidmətlə bağlı hər hansı sualınız yaranarsa, həmin veb səhifəsi üzərindən online qaydada sualınızı ünvanlayıb cavab ala bilərsiniz.
Müxtəlif tipli arayışlar http://birpencere.unec.edu.az veb səhifəsi vasitəsilə qəbul ediləcəkdir. Arayış və transkriptlər müraciət tarixindən sonra 1 iş günü ərzində hazırlanaraq elektron ünvanınıza göndəriləcəkdir. Həmin sənədlərin əslini isə “Tələbə Şöbəsi” ndən (İçərişəhər korpusu, 106-cı otaq) əldə edə bilərsiniz.
*
İxtisaslaşdırılmış şuralarda magistr dissertasiyalarının müdafiəsi QRAFİKİ
Dissertasiya mövzuları (Qəbul – 2019)
Dissertasiya mövzuları (Qəbul – 2020)
Ərizə blankı
Fərdi iş planı (əyani)
Magistr dissertasiyası üzərində işin plan-qrafiki
Ərizə
Titul vərəqi
MM-in normativ-hüquqi əsasları
Sosial Media
Magistratura mərkəzi haqqında məlumatlardan xəbərdar olmaq üçün aşağıdakı sosial şəbəkə hesabımızdan bizi izləyə bilərsiz:
E-mail: UNEC_magistratura_merkezi@unec.edu.az
Ünvan: Azərbaycan Dövlət İqtisad Universiteti, III tədris binası, M.Muxtarov 194