Mərkəzin rəhbəri: i.e.d., professor Ə.C.MuradovÜnvan: UNEC-in I tədris korpusu |
İnkişaf iqtisadiyyatı UNEC Tədqiqat Mərkəzi Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının 28 iyun 2019-cu il tarixli iclasının 166 №-li Qərarı və UNEC rektorunun 598/3/2015 № əmrinə əsasən yaranmışdır.
UNEC Rektoru, professor, i.e.d. Ədalət Cəlal oğlu Muradovun 758/3/2019 №-li əmrinə əsasən mərkəzə ictimai əsaslarla rəhbərlik öz üzərinə götürülmüşdür.
Öz vəzifələri və hüquqları çərçivəsində UNEC-in struktur bölmələri, dövlət orqanları, elm və təhsil qurumları və digər yerli və beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqədə fəaliyyət göstərmək
– Elmi tədqiqat işləri və layihələri həyata keçirmək;
– Beynəlxalq və milli konfranslar, simpoziumlar, seminarlar, dəyirmi masalar, təlimlər təşkil etmək;
– Müxtəlif dillərdə nəşrlər hazırlayıb çap etdirmək;
– Hesabatlar, kitabçalar, tədqiqat sənədləri, məqalələr, bülletenlər, kitablar və s. hazırlamaq;
– Ölkə daxilində və xaricdə yerləşən tədqiqat mərkəzləri, institutlar, universitetlər və özəl sektor təmsilçiləri ilə əməkdaşlıq etmək;
– Fəaliyyət istiqamətləri üzrə daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını təmin etmək;
– Səlahiyyətləri çərçivəsində universitetin inkişaf konsepsiyasının həyata keçirilməsini təmin etmək;
– Laboratoriyanın iş planını və fəaliyyəti ilə bağlı hesabatlar hazırlamaq;
– Laboratoriya tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların qorunmasını təmin etmək;
Azərbaycan neftinin dünya bazar qiymətinin orta və uzunmüddətli dövr üçün proqnozlaşdırılması
Layihənin icra müddəti: başlama-bitmə tarixi:01.08.2015- 31.07.2016
*
– Həsənli Yadulla Həmdulla oğlu – i.e.d., İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru, “İqtisadiyyat və idarəetmə” kafedrasının professoru;
– Hacıyev Nazim Özbəy oğlu – i.e.n., UNEC Biznes məktəbinin direktoru, “İqtisadiyyat və biznesin idarə edilməsi” kafedrasının dosenti
– PhD dos. Festus Victor Bekun – TC İstanbul Gelişim Universitetin İnzibati və Sosial Elmlər Fakültəsinin Logistika və İdarəetmə kafedrasının dosenti (İstanbul/Türkiyə)
– dos. Ojonugwa Usman – TC İstanbul Ticarət Universitetinin İqtisadiyyat fakültəsinin dosenti, (İstanbul/Türkiyə)
– dos. Tomiwa Sunday Adebayo – Kipr Beynəlxalq Universiteti Biznesin İdarə Edilməsi Departamentinin dosenti (Şimali Kipr, Lefkoşa); “Sustainable Development & World Ecology” beynəlxalq jurnalın redaktor müavini (Nigeriya vətəndaşı)
*
Nobel mükafatçılarının elmi fəaliyyətlərinə həsr olunmuş içtimai müzakirələr keçirilib (17.03.2022)
video link: https://youtu.be/p2jhrjR3Hlw