İqlim Dəyişiklikləri və İstixana Qazlarının İdarəedilməsi Tədqiqat Mərkəzi adlanan mərkəzdə iqlim dəyişikliyinin səbəbləri və təsirlərinin elmi şəkildə araşdırılması, bu dəyişikliklərin ekosistemə, insan sağlamlığına, iqtisadiyyat və sosial strukturlara təsiri, eləcə də istixana qazlarının emissiya səviyyələrinin ölçülməsi və qiymətləndirilməsi, qazların emissiyalarını azaltmaq üçün effektiv strategiyaların hazırlanması və innovativ texnologiyaların tətbiqi ilə qlobal iqlim mübarizəsinə töhfə vermək istiqamətində dərin elmi araşdırmalar aparılır.