1956-cı il avqustun 15-də Bərdə rayonunun Məmmədli kəndində anadan olmuşdur.
1973-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun «Ticarətin iqtisadiyyatı» fakültəsinə daxil olmuş, 1976-cı ildə Leninqrad Sovet Ticarəti İnstitutunun yuxarı kursuna göndərilmiş, 1977-ci ildə həmin institutu «iqtisadçı» ixtisası ilə bitirmişdir. 1977-1979-cu ildə hərbi xidmətdə olmuşdur. 1979-cu idən əmək fəaliyyətinə başlamış və 1981-1997-ci illər ərzində Azərbaycan Respublikası Ticarət Nazirliyinin mərkəzi aparatında aparıcı iqtisadçı, şöbə müdiri vəzifələrində işləmişdir.
1983-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun aspiranturasına daxil olmuş, 1988-ci ildə Tbilisi Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə etmişdir. 2004-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetində işləməyə başlamışdır. 2006-2012-ci illərdə «Kommersiya» fakültəsinin dekan müavini vəzifəsində işləmişdir. 2013-2015-ci illərdə “Ticarət” kafedrasının müdiri vəzifəsində çalışmışdır. 2016-cı ildən “Ticarət və gömrük işinin təşkili” kafedrasının dosenti vəzifəsində çalışır.
2011-ci ildə AAK tərəfindən dosent elmi adı verilmişdır. 10 fənn proqramının, 2 dərs vəsaitinin, 20-dan çox elmi məqalənin müəllifidir.