Ekspert: Astara-Rəşt dəmir yolu bütün Avrasiya regionu üçün yeni imkanlar açacaq

04 APREL 2018 | VIEWS:
1417

Əhmədov Məhiş (3)AZƏRTAC

Qitələri birləşdirəcək Astara-Rəşt dəmir yolu qısa müddət ərzində tikiləcək və bütün Avrasiya regionu üçün yeni imkanlar açılacaq.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor, ekspert Məhiş Əhmədov deyib.

Ekspert qeyd edib ki, İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri çərçivəsində “Azərbaycan Respublikası ilə İran Respublikası ərazisində Astara-Rəşt dəmir yolunun maliyyələşdirilməsi haqqında” saziş imzalanıb. Region dövlətləri olan Azərbaycan və İran xalqları ortaq tarixə, mədəniyyətə və dinə malikdirlər. Bu baxımdan Astara-Rəşt dəmir yolunun qısa müddətdə tikintisinin başa çatdırılması hər iki tərəfdaş dövlətin bütün sahələrdə gələcək əməkdaşlığına istiqamətlənmiş bir sənəd kimi qiymətləndirilməlidir.

Zənnimizcə, ölkələr arasında iqtisadi əlaqələrin gücləndirilməsi, qarşılıqlı sərmayə qoyuluşları, birgə istehsal, biznes fəaliyyəti ölkələri bir-birinə daha güclü və sıx tellərlə bağlayır, onların iqtisadi, siyasi və digər sahələrdəki münasibətlərinin daha da dərinləşməsinə, yaxşılaşmasına səbəb olur. Bu baxımdan Xəzər dənizinin neft ehtiyatlarının birgə işlənməsi Ordubad, Marazad su elektrik stansiyasının tikintisi xüsusi qeyd olunmalıdır.

Ölkələri, qitələri birləşdirəcək Astara-Rəşt dəmir yolunun qısa müddətdə başa çatdırılaraq istifadəyə verilməsi ölkələrimizin dünya iqtisadiyyatına fəal inteqrasiya olunmasına, tranzit ölkələr kimi böyük səmərə əldə etməsinə, səbəb olacaqdır ki, bu da ölkəmizə qlobal dəyər zəncirindən daha çox faydalanmağa imkan verəcək.

Belə ki, qitələri birləşdirən bu dəmir yolu xətti qonşu ölkələrin iqtisadi, siyasi sahədə əməkdaşlığını gücləndirəcək və daimi bir dəmir zəncir kimi bu ölkələri bir-birinə bağlayacaq. Astara-Rəşt dəmir yolunun tikintisinin istifadəyə verilməsi öz növbəsində “Şimal-Cənub” nəqliyyat dəhlizinin tam güclə vahid bir dəmir yol şəbəkəsi sistemində fəaliyyətinə səbəb olacaq ki, bu da Avrasiya ölkələrinin qarşılıqlı əlaqələrini gücləndirəcək.

Astara-Rəşt dəmir yolu işə düşdükdən sonra ölkəmizin Fars körfəzinə, Oman dənizinə, Hind okeanına, Afrika ölkələrinə çıxışı asanlaşacaq, Rusiya və Mərkəzi Avropa ölkələri ilə əməkdaşlıq imkanları kəskin artacaq. Azərbaycan tranzit bir ölkə kimi böyük iqtisadi səmərə ilə yanaşı, həm də böyük siyasi dividendlər əldə edərək ölkəmizin regionda aparıcı rolu kəskin artacaq. Bu da Qarabağ probleminin həllində qeyd olunan ölkələrin marağını və məsuliyyətini artıracaq.

Azərbaycan və İran dövlətlərinin prezidentlərinin güclü iradəsi və səyi nəticəsində qitələri birləşdirəcək Astara-Rəşt dəmir yolunun tikintisi ilə bağlı imzalanmış bu tarixi sənəd bütünlükdə bu ərazidə tranzit nəqliyyat kompleksinin inkişafına səbəb olacaq. Bağlanmış bu müqavilə, eyni zamanda, regionda sülhün və əməkdaşlığın təhlükəsizliyinə zəmanət verən tarixi bir sənəd kimi qiymətləndirilməlidir.

Beləliklə, qitələri birləşdirəcək Astara-Rəşt dəmir yolu tranzit ölkələrə, xüsusən ölkələrimizə böyük mənfəət gətirməklə bölgədə keyfiyyətcə yeni əməkdaşlıq formalarının yaranmasına, inkişafına səbəb olacaq. Astara-Rəşt dəmir yolunun işə düşməsi nəticəsində xəttin keçdiyi regionlarda yeni iş yerləri açılacaq, logistik infrastrukturlar yaradılacaq, ticarət şəbəkəsi genişlənəcək, ölkə sahibkarlarının dünya bazarına çıxış imkanlarını kəskin artıracaq, bu bölgədə turizmin inkişafına, ölkələr arasında dəmir yolu xətti boyunca ticarətin genişləndirilməsinə təkan verəcək.

Fikrimizcə, Astara-Rəşt dəmir yolunun tikintisinin qısa müddətdə başa çatdırılaraq istifadəyə verilməsi ölkəmizin iqtisadi inkişafına, iqtisadiyyatın diversifikasiyasına, onun ixrac imkanlarının artırılmasına səbəb olacaq və bütünlükdə bölgədə iqtisadi, siyasi əməkdaşlığın keyfiyyətcə yeni mərhələsinə daxil olmağa imkan verəcək.

Elvira MəmmədovaAZƏRTAC

1418 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu veren siteler - deneme bonusu veren siteler - deneme bonusu - sahabet - onwin - ip stresser