Əli Əmirli: “UNEC tələbələri bizə Xocalı faciəsini bir daha xatırlatdılar”

26 FEVRAL 2019 | VIEWS:

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələrinin Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı səhnələşdirdiyi “Ünvansız qatar” tamaşasının premyerası keçirilib.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında səhnələşdirilən tamaşanın premyerasında UNEC-in rektoru, professor Ədalət Muradov və universitetin müəllim-tələbə heyəti ilə yanaşı, millət vəkilləri, Qarabağ qaziləri, UNEC İctimai Nəzarət Şurasının üzvləri və digər qonaqlar iştirak ediblər.

Əməkdar incəsənət xadimi, yazıçı, ssenarist, dramaturq Əli Əmirlinin eyniadlı əsəri əsasında UNEC Yaradıcılıq Mərkəzi tərəfindən hazırlanan  tamaşada ermənilərin xalqımızın başına gətirdikləri faciələrdən, dinc insanların öz ata-baba yurdlarından, doğma ocaqlarından didərgin düşmələrindən bəhs olunub.

Tamaşadan sonra çıxış edən rektor Ədalət Muradov tələbələrin obrazları peşəkarlıqla canlandırdıqlarını bildirərək, yaradıcı heyətin əməyini yüksək qiymətləndirib. Rektor tamaşanı Xocalı soyqırımı qurbanlarının, Qarabağ şəhidlərinin ruhu qarşısında etiraf adlandırıb, onların günahsız qanlarının yerdə qalmayacağını vurğulayıb. Ə.Muradov dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı torpaqlarımızın azad olunacağına, Azərbaycanın ərazi bütövlüyünün tezliklə təmin ediləcəyinə əminliyini ifadə edib.

Əsərin müəllifi Əli Əmirli tamaşanın ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib. Hər bir təhsil ocağının incəsənətə, mədəniyyətə, eləcə də ədəbiyyata yaxın olmasının vacibliyindən söz açan Ə.Əmirli UNEC-in aparıcı universitetlər sırasında olduğunu və müsbət imic formalaşdırdığını diqqətə çatdırıb. Tamaşanın Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunduğunu vurğulayan yazıçı-dramaturq, tələbələrin yüksək peşəkarlıqla canlandırdıqları səhnələrlə tamaşaçılara həmin faciəni bir daha xatırlatdıqlarını, o anları bir daha yaşatdıqlarını bildirib.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Vahid Orucoğlu, rejissoru UNEC Yaradıcılıq Mərkəzinin direktoru Elman Telmanoğludur. Rolları UNEC Yaradıcılıq Mərkəzinin dram dərnəyinin üzvləri İlham Quliyev, Sona Quliyeva, Yasin Əhmədov, Nicat Tarverdiyev, Rəşad Aslanov, Minayə Hüseynova, Mərva Məmmədova, Nigar Ağayeva, Gülnur İmanova, Nərmin Zeynallı, Nərmin Qorçuyeva, Heyran Mehdiyeva, Sevinc Quliyeva və məktəbli Ayan  Mirzəzadə canlandırıb.

http://news.unec.edu.az/xeber/136-medeniyyet/4918-eli-emirli-unec-telebeleri-bize-o-anlari-bir-daha-yashatdilar

eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - istanbul escort - deneme bonusu - sahabet - onwin - Aviator oyna - porno - yabancı dizi izle - instagram report tool - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

niwo opleiding

-

loodgieter den haag

- buy starlink - toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Türk sohbet - Blackxbet - Tophillbet - Tipo90 - Routebet - Betgar - Omegle