3 avqust 1976-cı ildə Goranboy şəhərində anadan olmuşdur.
1982-ci ildə Goranboy şəhər 3 saylı orta ümumtəhsil məktəbinin I sinfinə daxil olmuş,
1992-ci ildə həmin məktəbi bitirmişdir.
2000-ci ci ildə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadiyyatın tənzimlənməsi” kafedrasında müəllim, baş müəllim işləyib.
20.04.2022-ci il tarixdən həmin kafedranın dosenti vəzifəsinə keçirilib.
2000-ci ildən 2005-ci ilədək AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun dissertanturasında təhsil almışdır.
*
30 noyabr 2016-cı ildə “Azərbaycanın cinayət prosesində və kriminalistikasında şahid ifadəsi” mövzusunda dissertasiya işini müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
16 (on altı) elmi məqalənin və 2 (iki) dərs proqramının müəllifidir.
Azərbaycan Respublikası CPM-nin Kommentariyasının müəlliflərindən biridir.
Bir qızı, bir oğlu var.