Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kommersiya fakültəsinin tələbələri “EXUS Business Consulting&Training” şirkətində olublar. Görüşdə direktor Ənvər Yavər oğlu tələbələrə şirkətin fəaliyyəti barədə ətraflı məlumat verib. Şirkətin əməkdaşlıq etdiyi 15-dən artıq özəl qurumun UNEC-in tələbələrini yay tətilində əməkdaşlığa cəlb edəcəyini bildirib. Həmin şirkətlər tələbələrin potensialını öyrənəcək və gələcəkdə onları daimi işlə təmin edəcək. Səbəb əmək bazarında UNEC-in hazırladığı kadrlara təlabatın artması göstərilib.
Fakültə dekanı Mirağa Əhmədov bildirib ki, UNEC-də təhsilin keyfiyyətinin yüksəlməsi, yeni texnologiyaların tətbiqi və müasir laboratoriyalardan istifadə yüksək ixtisaslı kadrların hazırlanmasına təkan verib.
Görüşdən sonra tələbələrə “Kommersiya müəssisələri səviyyəsində strateji marketinq planlaşdırılması” mövzusunda seminar keçirilib.