Əmək bazarında UNEC-in hazırladığı kadrlara təlabat artır

07 DEKABR 2015 | VIEWS:

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kommersiya fakültəsinin tələbələri “EXUS Business Consulting&Training” şirkətində olublar. Görüşdə direktor  Ənvər Yavər oğlu tələbələrə şirkətin fəaliyyəti barədə ətraflı məlumat verib. Şirkətin əməkdaşlıq etdiyi 15-dən artıq özəl qurumun UNEC-in tələbələrini yay tətilində əməkdaşlığa cəlb edəcəyini bildirib. Həmin şirkətlər tələbələrin potensialını öyrənəcək və gələcəkdə onları daimi işlə təmin edəcək. Səbəb əmək bazarında UNEC-in hazırladığı kadrlara təlabatın artması göstərilib.

Fakültə dekanı Mirağa Əhmədov bildirib ki, UNEC-də təhsilin keyfiyyətinin yüksəlməsi, yeni texnologiyaların tətbiqi və müasir laboratoriyalardan istifadə yüksək ixtisaslı kadrların hazırlanmasına təkan verib.

Görüşdən sonra tələbələrə “Kommersiya müəssisələri səviyyəsində strateji marketinq planlaşdırılması” mövzusunda seminar keçirilib.

Powered by atecplugins.com