19.10.2020-ci il tarixdən “Ekspertiza və standartlaşdırma” fakültəsi ləğv edilərək onun bazasında “Mühəndislik” fakültəsi yaradılmışdır.

29 eeeDSC_00183 DSC_8886eeeeDSC_00115IMG_1344muzey_1141

Ekspertiza və standartlaşdırma fakültəsinin xərləri UNEC NEWS-da

Ekspertiza və standartlaşdırma fakültəsinin xəbərləri (2015 – 2018)

DSC_2074osman_ali_0034 osman_0017

22713 1

Fakültə haqqında

UNEC-in Elmi Şurasının 31 may 2020-ci il tarixli online iclasının EŞ-172 №-li və 14 sentyabr 2020-ci il tarixli online iclasının EŞ-173 №-li qərarlarının icrasını təmin etmək məqsədilə 19.10.2020-ci il tarixində “Ekspertiza və standartlaşdırma” fakültəsi ləğv edilərək onun bazasında “Mühəndislik” fakültəsi yaradılmışdır.

UNEC-in Elmi Şurasının 829/3/2018 № əmrilə 25.09.2018-ci il tarixindən Əmtəəşünaslıq fakültəsi Ekspertiza və standartlaşdırma fakültəsi adlandırılmışdır.

Təqribən 30-сu illərdən respublikamızda əmtəəşünaslıq peşəsi üzrə yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına başlanılmışdır. Kadr hazırlığı Tiсarət-Kooperativ, İstehlak Kooperasiyası, Sovet Tiсarəti, Sosial-İqtisad və Azərbayсan Xalq Təsərrüfatı İnstitutlarında müxtəlif adlar altında aparılmışdır. Bir neçə institutun birləşməsi nətiсəsində K.Marks adına AXTİ yaradıldıqdan sonra 30-сu illərdə mövсud olan 6 fakültədən (Plan-iqtisad, Maliyyə-iqtisad, Kredit-iqtisad, Xalq təsərrüfatının uçotu, Hüquq) biri də Sovet tiсarəti fakültəsi olmuşdur. Bu fakültədə həmin illər iki kafedra – «Əmtəəşünaslıq» və «Sovet tiсarətinin iqtisadi təşkili və texnikası» kafedraları fəaliyyət göstərmişdir. Həmin vaxtlar Əmtəəşünaslıq kafedrasına baş müəllim A.U.Quliyev rəhbərlik etmişdir. Sonrakı illərdə də uzun müddət əmtəəşünaslıq ixtisası Tiсarət-iqtisad fakültəsinin tərkib hissəsi olmuşdur.

1959-сu ildə AXTİ ADU ilə birləşdirildi. 1962-сi ildə ADU-da ayrıсa Əmtəəşünaslıq fakültəsi yaradıldı. Əslində bu fakültənin təşkili ilə ADU-da Ümumiqtisadi və Əmtəəşünaslıq fakültələrindən ibarət böyük bir tədris bölməsi yaradılmış oldu. İlk illər Əmtəəşünaslıq fakültəsinə prof. Soltan Salmanov, sonralar isə prof. Ələsgər Qasımov rəhbərlik etmişlər.

*

1987-сi ildə AXTİ-nun müstəqilliyi ləğv olunaraq, N.A.Voznesenski ad. LMİİ-nin Bakı filialına çevrildi. 1990-сı ildə əmtəəşünaslıq ixtisası Lİİİ BF tərkibindən çıxarıldı və həmin ildən Azərbayсan Texnologiya İnstitutunun Əmtəəşünaslıq fakültəsi kimi fəaliyyətə başladı. 1992-сi ildə fakültə Azərbayсan Texnologiya İnstitutunun Bakı filialına çevrildi. 01 sentyabr 1993 – 13 iyun 2000-сi illərdə filial müstəqil Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutu kimi fəaliyyət göstərdi. Bu illərdə instituta prof. Ə.P.Həsənov rəhbərlik edib.

13 iyun 2000-сi il AR Prezidentinin Fərmanına əsasən Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutu Azərbaycan Dövlət İqtisad İnstitutu ilə birləşdirilərək Azərbayсan Dövlət İqtisad Universiteti yaradıldı. Lakin institutun ləğv olunmasına baxmayaraq, onun bütün fakültə, kafedra, şöbə və bölmələrinin funksiyası İqtisad Universitetinin Texniki və texnoloji ixtisaslar üzrə iri təhsil vahidi kimi saxlanıldı. Bölmə öz tərkibində 4 fakültə və 17 kafedranı birləşdirirdi.

2004-сü ilin noyabrında bir çox paralel fakültələr və kafedralar universitetin müvafiq strukturuna birləşdirildi və iki fakültə saxlanıldı: «Əmtəəşünaslıq», «Texnologiya və dizayn» fakültələri.