28.04.2016-ci il tarixində Əmtəəşünasliq fakültəsində elmi seminar keçirilib.
Seminarda “İstehlak mallarının ekspertizası” kafedrasının baş müəllimi, b.f.d. Quliyeva Fəridə Rahib qızı “Mingəçevir su anbarından ovlanan çay xərçənginin bioloji və əmtəəlik səciyyəsi” mövzusunda çıxış edib. Məruzəçi Mingəçevir su anbarında çay xərçənginin populyasiyasının inkişafı və artımına təsir edən əsas ekoloji amillərə (temperatur, substrat, qaz rejimi, dərinlik və s.) münasibəti , qidaliq dəyəri və kimyəvi tərkibi, keyfiyyət göstəriciləri,saxlanılma şəraiti və müddəti haqqında seminar iştirakçıların geniş məlumat verib. Məruzəçi qeyd etdi ki, Azərbaycanın şirin sularında geniş yayılmış Astacus leptodactylus Esch. çay xərçəngi öz sayının çoxluğuna görə qiymətli qida məhsulu kimi istifadə oluna bilər.
Sonra “İstehlak mallarının ekspertizası” kafedrasının professoru Ə.İ.Əhmədov mövsu haqqında fikrini söylədi.
Yekun olaraq sədr “Standartlaşdırma və sertifikasiya” kafedrasının dosenti E.M.Əfəndiyev çıxış edərək, b/m. F.R.Quliyevanın məruzəsi haqqında danışaraq qeyd etdi ki, biz çay xərçənginin bu vaxta kimi bizə məlum olmayan xüsusiyyətləri haqqında geniş məlumatlar aldıq. Aparılan tədqiqatlar muasir standartlara cavab verirdi və maraqli əyani foto və video materiallarla geniş əks olunmuşdur.