Təhlillərə görə, 6 il ərzində UNEC-ə məxsus 596 müəllifin 1760 nəşri dərc edilib ki, bunlardan 46.9%i açıq giriş (open access) imkanı olan nəşrlərdir. Hər nəşr üçün istinad sayı 5.4 olmaqla, ümumi istinad sayı 9573-dür. Bu dövr ərzində UNEC-in h5 indeksi 29-dur.
Dünya üzrə ən çox istinad edilən nəşrlər sırasında UNEC-in nəşrlərinin payı 16.7% təşkil edir. Eləcə də son 6 ildə CiteScore indeksinə görə, UNEC-in nəşrlərinin 24.7%-i top 10 % jurnalda çap edilib.
Universitet üzrə ən çox elmi nəşr çap edən UNEC-in TOP 10 müəllifləri arasında Əli Xəlilov, Şəhriyar Muxtarov, Suqra Hümbətova, Tural Nağıyevin adları yer alıb.
6 illik dövr ərzində UNEC alimləri tərəfindən nəşr edilən elmi əsərlərin sahələr üzrə istinad indeksi (Field-Weighted Citation Impact) 1.77 təşkil edir. Bu isə o deməkdir ki, UNEC-in nəşrlərinə edilən istinadlar dünya üzrə oxşar nərşlər üzrə orta göstəricidən yüksəkdir.
Araşdırılan 6 illik dövrdə top 10 tədqiqat mövzusu üzrə UNEC-in statistik göstəricilərinə nəzər salaq. Belə ki, ən çox araşdırılan “Greenhouse Gas Emissions;Carbon Dioxide; Environmental Kuznets Curve” mövzusu üzrə UNEC-in 251 nəşri, “Oil Price; Exchange Rate; Volatility” üzrə 38 nəşr; “Nuclear Reactor; Flux (Rate); Neutronics” üzrə 30; “Sustainable Development; Composite Indicator; Principal Component Analysis” üzrə 27; “Energy Consumption; Economic Growth; Cointegration” üzrə isə 23 nəşri dərc edilib.
Qeyd edək ki, dünyada son illərdə ən çox araşdırılan “Greenhouse Gas Emissions; Carbon Dioxide; Environmental Kuznets Curve” mövzusunda apardığı tədqiqatlara görə UNEC ölkə universitetləri arasında birincidir.
2021-2024-cü illərdə dünyada “Greenhouse Gas Emissions; Carbon Dioxide; Environmental Kuznets Curve” mövzusunu tədqiq edən universitetlər arasında UNEC 245 nəşr və 1751 istinadla 7-ci yerdə qərarlaşıb.
UNEC-də beynəlxalq, milli və institusional əməkdaşlığa dair göstəricilər də diqqəti cəlb edir. Belə ki, 2019-2024-cü illər aralığında beynəlxalq əməkdaşlıq üzrə göstərici 57,6 %, elmi əsərlərin sayı 1014, istinad sayı 6595 (hər nəşrə 6.5 istinad), FWCI indeksi 2.52-dir. Milli əməkdaşlıq 19.4 %, elmi nəşrlər 341, istinad sayı 1329 (hər nəşrə 3.9 istinad), FWCI indeksi 0.62; institusional əməkdaşlıq 8.1 % elmi nəşrlər 142, istinad sayı 432 (hər nəşrə 3.0 istinad) FWCI indeksi 0.54; tək müəllif üzrə göstərici 14.9 %, elmi nəşr sayı 263, istinad sayı 1217 (hər nəşrə 4.6 istinad) FWCI indeksi 1.05 təşkil edir.
Maraqlıdır ki, UNEC-in ən çox əməkdaşlıq etdiyi TOP 10 universitet arasında 93 nəşr və 983 istinadla Lebanese American University yer alır.
UNEC alimlərinin araşdırdığı sahələr üzrə ilk beşlikdə “Economics, Econometrics and Finance” 24.7%, “Environmental Science” 24,3%, “Business, Management and Accounting” 22.6%, “Social Sciences” 21.6%, “Energy” 20.1% yer alır.
Kvartilli jurnallarda çapedilmə statistikasına nəzər saldıqda demək olar ki, UNEC-ə məxsus 766 elmi əsər Q1 (top 25 %) kvartilli jurnalda, 321 əsər Q2 (26%-50%) kvartilli jurnalda, 371 nəşr Q3 (51%-75%) kvartilli jurnalda, 159 nəşr isə Q4 (76%-100%) kvartilli jurnalda çap edilib. UNEC-in Q1 və Q2 (top 50%) kvartilli jurnallar üzrə ümumi nəşr sayı 1,087-dir. Bu göstərici universitetin 6 illik dövr ərzində Scopus bazası üzrə ümumi nəşrlərinin 67.2%-ni təşkil edir.
Dayanıqlı inkişaf məqsədləri (SDG) üzrə UNEC alimləri tərəfindən ən çox elmi əsər 733 adda SDG-nin 17-ci məqsədi üzrə (Partnership for goals) dərc edilib. Daha sonra SDG-nin 8-ci məqsədi üzrə (Decent Work and Economic Growth) 469 nəşr (3673 istinad), 7-ci məqsəd üzrə (Affordable and Clean Energy) 314 nəşr (2662 istinad), 13-cü məqsəd üzrə (Climate Action) 265 nəşr (2412 istinad), 9-cu məqsəd üzrə (Industry, Innovation and Infrastructure) 180 nəşr (1110 istinad) mövcuddur.
Mənbə: Elsevier, SciVal- 13.11.2024
Təhlili apardı:
Adilə Abdullayeva,
UNEC Kitabxana İnformasiya Mərkəzinin direktoru, tar.ü.f.d.