Azərbaycan Dillər Universiteti Publik Hüquqi Şəxsin təşkilatçılığı ilə 02 may 2025-ci il tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ilinə həsr olunmuş “Heydər Əliyev: Konstitusiya qurucusu və milli suverənliyin qaranti” adlı respublika tələbə-şagird elmi konfransı keçiriləcək.
Konfrans aşağıdakı bölmələr üzrə keçirilir:
- Filologiya;
- Mülki Müdafiə;
- Pedaqogika. Psixologiya;
- Siyasi elmlər;
- Tarix. Fəlsəfə;
- Tərcümə.
Konfransın işçi dilləri: Azərbaycan, İngilis, Rus
Tezisin tərtibi qaydaları və strukturu:
- Format: A4; Şrift: Times New Roman; Ölçü: 14 pt; İnterval: 1,5; Abzas: 1,0 sm;
- Boşluq: sol tərəfdən 3,0 sm, sağ tərəfdən 1,0 sm, üst və alt tərəflərdən 2,0 sm;
- Tezisin adı – böyük hərflərlə qalın şriftlə ortada (birinci sətir);
- Müəllifin soyadı, adı, ata adı, qrupu, fakültəsi və tezisin bölməsi – qalın şriftlə ortada (ikinci sətir);
- Elmi rəhbərin elmi dərəcəsi, elmi adı, soyadı, adı, ata adı – qalın şriftlə ortada (üçüncü sətir);
- Ali təhsil müəssisəsi, lisey və ya orta məktəbin və şəhərin adı – kursiv qalın şriftlə ortada (dördüncü sətir);
- Tezisin mətni – 2 səhifəyə qədər;
- Elmi rəhbərin qeydi və imzası olmalıdır,
- İstifadə olunan ədəbiyyat siyahısı tezisin sonunda, əlifba sırası ilə və nömrələnməklə verilir;
- Mətndə ədəbiyyata istinad kvadrat mötərizədə nömrə və səhifə göstərilməklə verilir (məs.: [1, s.25]).
- Plagiat yolverilməzdir.
Mühüm tarixlər:
- Tezislərin son göndərilmə tarixi: 4 aprel 2025-ci il.
- Tezisin qəbul olunması haqqında son məlumatlandırma tarixi: 18 aprel 2025-ci il.
Konfransın keçirilmə formatı: əyani və onlayn (əlavə məlumat veriləcək).
Qeyd: Konfransın mövzusuna və qoyulan tələblərə cavab verməyən tezislər qəbul edilməyəcək, bununla bağlı müəlliflərə əlavə izahat verilməyəcək. Tezisə görə bütün məsuliyyəti müəllif və elmi rəhbər daşıyır.
Tezislərin çap edilmiş, elmi rəhbər tərəfindən imzalanmaqla təsdiq olunmuş nüsxəsi və elektron versiyası “Azərbaycan Dillər Universiteti” Publik Hüquqi Şəxsə təqdim edilməlidir.
AZ 1014, Bakı şəhəri, Rəşid Behbudov küçəsi 134,
“Azərbaycan Dillər Universiteti” Publik Hüquqi Şəxsin əsas binası,
Tələbə Elmi Cəmiyyəti (otaq 310), E-ünvan: [email protected]