Mübadilə proqramı çərçivəsində UNEC tələbələri 2023/2024-cü tədris ilinin yaz semestrində təhsillərini xaricdə davam edə bilərlər. Mübadilə proqramının şərtlərinə əsasən, xarici universitetə təhsil haqqı ödənilmir. Tələbələr yalnız yol və yaşayış xərclərini qarşılayacaqlar. Namizədlərin seçimi ayrılmış yerlərin sayı üzrə təqdim olunmuş sənədlər əsasında müsabiqə yolu ilə keçiriləcək.
Seçiləcək tələbə sayı: 5 nəfər
Təhsil pilləsi: bakalavriatura və ya magistratura üzrə təhsil alan tələbələr
Müddət: 2023/2024-cü tədris ilinin yaz semestri
Əsas şərtlər:
Tələb olunan sənədlər:
Son müraciət tarixi: 5 oktyabr, 2023-ci il.
Sənədlər göstərilən ardıcıllıqla bir “pdf” sənədi şəklində erasmus@unec.edu.az elektron poçt ünvanına təqdim olunmalıdır (sənədləri ayrı-ayrı pdf sənədlərində göndərən tələbələrin müraciətlərinə baxılmayacaqdır). Elektron məktubu göndərərkən başlıq hissəsində universitetin «Siegen Universiteti» yazılmalıdır.