ARDNF “Məzun Təhlilçi” təcrübə proqramı elan edir

21 APREL 2022

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) sonuncu kurs bakalavr və magistratura tələbələri, həmçinin 2021-ci il məzunları üçün nəzərdə tutulmuş “Məzun Təhlilçi” təcrübə proqramını (“Graduate Analyst Internship Program”) elan edir.

İyun ayında təşkili nəzərdə tutulan təcrübə proqramı çərçivəsində təcrübəçilər, İnvestisiya, Risklərin idarəedilməsi, Neft kontraktları, Büdcə, proqnozlaşdırma və layihələr, Hesablaşmalar, İnformasiya təhlükəsizliyi, İnsan resursları və Hüquq  departamentlərində real iş mühitində və əyani tapşırıqlar üzərində işləməklə müvafiq sahələrdə praktik biliklər qazanmaq imkanını əldə edəcəklər.

Təcrübə Proqramında iştirak etməklə əldə edəcəkləriniz:

  • Fərdi intellekti ən az komanda işi qədər dəyərləndirən, ölkənin yeganə suveren fondunda təcrübə keçmək fürsəti;
  • Əyani tapşırıqlar üzərində işləməklə müvafiq  sahədə praktik vərdişlərin qazanılması;
  • Maliyyə bazarları və investisiya idarəetməsi üzrə təhsilin artırılması, vəsaitlərin idarə edilməsi sahəsində yüksək səviyyəli bacarıqların, mürəkkəb tapşırıqların həll olunmasında analitik yanaşma və məsələlərin dərin təhlili qabiliyyətlərinin inkişaf etdirilməsi;
  • Yeni bilik və bacarıqların əldə edilməsi üçün inkişaf imkanları, eləcə də yüksəliş imkanlarını yaradan çağırışlar.

Təcrübə proqramı iştirakçıları üçün ümumi tələblər:

  • Universitet təhsilinin bakalavr pilləsi üzrə 2021-ci  və 2022-ci il məzunları, magistr və ya MBA təhsil pilləsinin 2-ci kursunda təhsil alan tələbələr;
  • Azərbaycan və ingilis dillərində səlis oxuma, yazma və danışma bacarığı (digər xarici dillərdən sərbəst istifadə vərdişləri əlavə üstünlük olaraq nəzərə alınır);
  • MS Office proqramlarından sərbəst istifadə bacarığı. (digər proqramlardan sərbəst istifadə bacarığı əlavə üstünlük olaraq nəzərə alınır)
  • Yüksək akademik göstəricilər əlavə üstünlükdür.

Təcrübə proqramı Fondun aşağıda adları qeyd olunan departamentləri üzrə təşkil olunur:

İnvestisiya departamenti

Təhsil: Biznesin idarəedilməsi (Maliyyə istiqaməti üzrə),  maliyyə və ya iqtisadiyyat

Riskləri idarəedilməsi departamenti

Təhsil: Maliyyə, iqtisadiyyat, statistika və ya riyaziyyat

Neft kontraktları departamenti

Təhsil: Biznesin idarəedilməsi, menecment, maliyyə və ya iqtisadiyyat 

Büdcə, proqozlaşdırma və layihələr

Təhsil: Iqtisadiyyat 

Hesablaşmalar departamenti

Təhsil: Mühasibatlıq və maliyyə istiqaməti üzrə oxşar sahələr 

Təhlükəsizlik departamenti, İnformasiya təhlükəsizliyi şöbəsi

Təhsil:  İnformasiya təhlükəsizliyi, İT idarəedilməsi və ya mühəndisliyi və oxşar sahələr

Hüquq departamenti

Təhsil: Hüquq 

İnsan resursları departamenti

Təhsil: İnsan resursları, biznes  və ya  inzibati idarəetmə və  oxşar sahələr

Proqramın müddəti və təşkil olunma forması

Təcrübə proqramının davamiyyət müddəti 1 aydır.

Təcrübə proqramı ödənişsizdir.

Seçim mərhələləri

Seçim prosesi 2 mərhələdən ibarətdir.

Birinci mərhələdə namizədlər təcrübə proqramını keçmək istədikləri departamentin adını mövzu bölümündə qeyd etməklə [email protected] e-poçt ünvanına CV göndərməlidirlər.

Son müraciət tarixi: 29 aprel 2022-ci il.

İkinci mərhələdə seçilmiş məzunlar qrup müsahibəsi sessiyasına dəvət olunacaqlar.

Qrup müsahibəsi sessiyası test tapşırığı/ biznes kazus, qrup işi və fərdi müsahibədən ibarət olacaqdır. Qrup müsahibəsinin təşkili ilə bağlı əlavə məlumat ikinci mərhələ üçün uyğun hesab edilmiş namizədlərə bildiriləcəkdir.

ƏTRAFLI

WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno