Azərbaycan Texniki Universitetində (AzTU) Almaniyanın Falling Walls Lab layihəsi üzrə “İnnovativ tədqiqat layihələri” müsabiqəsi keçiriləcək.
Falling Walls Lab “İnnovativ tədqiqat layihələri” müsabiqəsi hər il dünyanın müxtəlif ölkələrində keçirilir və bu il ilk dəfə olaraq Azərbaycanda keçiriləcək. Bu layihə ölkədə istedadlı gənclərə öz innovativ tədqiqat layihələrini qlobal miqyasda keçirilən müsabiqəyə təqdim etməyə imkan yaratmaqla yanaşı, biznes, elm və siyasi sahənin qabaqcıl nümayəndələri ilə fikir mübadiləsi aparmaq imkanı qazandıracaqdır. Qalib sənaye və təhsil sahəsinin nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək və 7-9 noyabr tarixlərində Almaniya Federativ Respublikasının Berlin şəhərində keçiriləcək yekun müsabiqədə iştirak hüququ qazanacaqdır.
Müsabiqədə aşağıdakı meyarlara uyğun şəxslər iştirak edə bilərlər:
Universitet məzunları üçün tələblər:
Müsabiqəyə yalnız fərdi müraciətlər qəbul olunur. Qrup müraciətlərinə icazə verilmir. Əgər layihə qrup işi olubsa, təqdimat edən öz şəxsi töhfəsini aydın şəkildə göstərməlidir. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbə və məzunlarını böyük məmnuniyyətlə bu müsabiqədə iştirak etməyə dəvət edirik.
Falling Walls Lab “İnnovativ tədqiqat layihələri” müsabiqəsində iştirak etmək istəyənlər 31 may 2025-ci il tarixinə qədər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər.
ƏTRAFLI MƏLUMAT VƏ MÜRACİƏT ÜÇÜN:
Əlavə məlumat üçün əlaqələndirici şəxs:
Mətanət Paşayeva, Beynəlxalq layihələrin idarə olunması sektorunun müdiri:
Mob: 050 224 08 35;
e-mail:[email protected]
UNEC əlavə məlumat üçün əlaqələndirici şəxs:
Vəkil İbrahimov EFTİED-in Texnologiya transfer şöbəsinin müdiri:
Əlaqə tel: 492-72-98.