Baranoviçi Dövlət Universiteti magistraturaya qəbul elan edir

20 İYUN 2022

Belarusun Baranoviçi Dövlət Universiteti UNEC məzunlarını magistratura səviyyəsində aşağıda qeyd olunan təhsil proqramları üzrə təhsil almağa dəvət edir:

  • “Təlim və tərbiyənin nəzəriyyəsi və metodları (sahələr və səviyyələr üzrə təhsil)”, ixtisaslaşdırma “Ümumi pedaqogika, pedaqogika və təhsil tarixi”;
  • “İqtisadiyyat”, ixtisaslaşdırma “Analitik iqtisadiyyat və biznesin idarə edilməsi”;
  • “Psixologiya”, ixtisaslaşdırma “Pedaqoji psixologiya”.

Təhsil haqqı: 2500 ABŞ dolları
Təhsilin müddəti – 1 il.