22 yanvar, saat 14.00 -da Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində fəaliyyət göstərən ED 2. 10 Dissertasiya şurasının növbəti iclası keçiriləcək.
İclasın gündəliyində 5308.01 — «Ümumi iqtisadiyyat» və 5301.01 — «Daxili fiskal siyasət və dövlət maliyyəsi» ixtisaslarında iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya işlərinin müdafiəsi və dissertasiya şurasının portfelində olan məsələlərin müzakirəsi daxil edilib.
Ünvan: İstiqlaliyyət 6, UNEC əsas binası, Ağ Zal