Erasmus+ mübadilə proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində mübadilədə iştirak etmək istəyən UNEC əməkdaşları aşağıda qeyd olunan sənədləri 1 oktyabr tarixinədək erasmus@unec.edu.az elektron ünvanına göndərə bilərlər:
- CV (ingilis dilində)
- Çap olunmuş elmi əsərlərin siyahısı
- Akademik fəaliyyəti haqqında qısa (1 səhifəni keçməmək şərti ilə) məlumat
*
Qeyd: Sənədlər yalnız elektron qaydada qəbul edilir.Elektron məktubu göndərərkən başlıq hissəsində «UNEC əməkdaşları üçün Erasmus» yazılmalıdır. Başlıq hissəsi düzgün qeyd olunmayan elektron məktublar nəzərə alınmayacaqdır.