Litvanın Mykolos Romeris Universitetində mübadilə proqramına sənəd qəbulu elan olunur

27 MART 2023

Non-Erasmus (ikili əməkdaşlıq çərçivəsində) Litvanın Mykolos Romeris Universitetində mübadilə proqramına sənəd qəbulu elan olunur.

Mübadilə proqramı çərçivəsində UNEC tələbələri 2023/2024-cü tədris ilinin payız semestrində xaricdə təhsillərini davam edə bilərlər. Proqramın şərtlərinə əsasən, xarici universitetə təhsil haqqı ödənilmir. Tələbələr yalnız yol və yaşayış xərclərini qarşılayacaqlar. Namizədlərin seçimi ayrılmış yerlərin sayı üzrə təqdim olunmuş sənədlər əsasında müsabiqə yolu ilə seçiləcək.

Seçiləcək tələbə sayı: 2 nəfər

Təhsil pilləsi: bakalavriatura və ya magistratura üzrə təhsil alan tələbələr
Müddət: 2023/2024-cü tədris ilinin payız semestrində

Əsas şərtlər:

  • Tələbələrin orta balı (ÜÖMG) – 80-dən yuxarı olmalı;
  • İngilis dilini sərbəst bilməli (dil sertifikatına sahib olanlara üstünlük veriləcək).
  • UNEC-in 1, 2 və ya 3-cü kurs tələbəsi olmalı.

Tələb olunan sənədlər:

  • ƏRİZƏ
  • Akademik transkript
  • CV (ingilis dilində)
  • Pasport (mövcüd olmadığı halda şəxsiyyət vəsiqəsi)

Son müraciət tarixi: 5 aprel, 2023-ci il.

Sənədlər göstərilən ardıcıllıqla bir “pdf” sənədi şəklində [email protected] elektron poçt ünvanına təqdim olunmalıdır (sənədləri ayrı-ayrı pdf formasında göndərən tələbələrin müraciətlərinə baxılmayacaq). Elektron məktubu göndərərkən başlıq hissəsində universitetin “Mykolos Romeris Universiteti” yazılmalıdır.

Mersin eskort - buy tiktok followers - takipcimx - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - onwin güncel giriş -

anlaşmalı boşanma

- toscanello satın al - Premium Hookah - Yeraltı kablo döşeme ürünleri - tipobet - Vazol - likit - Fixbet - Starzbet - tiktok takipçi satın al -

onwin

- vip transfer antalya - matadorbet - onwin - onwin - postegro giriş - ucuz uz - vozol -
volgerskopen.com