ELAN
Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, “Kapital Bank” ASC, Azərbaycan Dövlət İqtisad Universiteti, İnnovativ Biznes-İnkubatorun birgə təşkilatçılığı ilə tələbələr arasında “Made in Azerbaijan” biznes ideya müsabiqəsinə start verilir.
Müsabiqənin təşkilində əsas məqsəd Azərbaycan Respublikasının Prezindenti İlham Əliyevin 18 yanvar 2016-cı ildə “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında”imzaladığı Sərəncamın tətbiqinə ali təhsil müəssisələri səviyyəsində dəstək vermək, tələbələr arasında sahibkarlıq fəaliyyətinə marağı təbliğ etməkdir.
Müsabiqədə 1-ci yer 1000 AZN, 2-ci yer 750 AZN, 3-cü yer 500 AZN mükafat qazanacaqdır.
“Made in Azerbaijan” biznes ideya müsabiqəsinin qrafik aşağıdakı kimidir:
10 mart – UNEC və Kapitalbank arasında əməkdaşlıqmemorandumun imzalanması və müsabiqənin başlanmasına dair elan verilməsi
10 mart – 12 aprel – Biznes ideyaların qəbul edilməsi
12 aprel – 15 aprel – Təqdim edilən biznes ideyaların Ekspert Şurasıtərəfindən dəyərləndirilməsi və 6 finalçının müəyyənləşdirilməsi
19 aprel – Final mərhələsi və Mükafatlandırılma
Finala çıxmış biznes ideyaların təqdimatı və Münsiflər heyəti tərəfindən 3 qalibin müəyyən edilərək mükafatlandırılması.
Biznes ideyalar təqdim edilməsi barədə tələblər:
İdeyalarınızı12 aprel 2016-cı il tarixinə qədər unec.edu.az/biznesideya2016 səhifəsi vasitəsilə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.
BİZNES İDEYANIN GÖNDƏRİLMƏSİ FORMATI
Ətraflı məlumat: unec.edu.az/biznesideya2016
Email: [email protected]
Tel.: (012) 146-1-3