Peşə təhsilinin prioritet istiqamətləri üzrə inkişafa xidmət edən innovativ təşəbbüslərin dəstəklənməsi məqsədilə Təhsil Nazirliyi “Peşə təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsi elan edir.
Müsabiqə fondunun büdcəsi 300 000 (üç yüz min) manat təşkil edir.
Müsabiqəyə təqdim olunan layihə təklifləri aşağıdakı prioritet istiqamətlərdən birini əhatə etməlidir:
- Peşə ixtisasları üzrə işəgötürənlər və işaxtaranlar üçün onlayn karyera platformasının hazırlanması;
- Peşə təhsili müəssisələrinin maliyyə dayanıqlılığının gücləndirilməsi məqsədilə dövlət-özəl tərəfdaşlığına yönəlmiş təşəbbüslər.
*
Müsabiqə iştirakçılarına verilən tələblər:
Müsabiqədə peşə təhsili müəssisələri iştirak edə bilər.
Müsabiqəyə təqdim olunan layihə təkliflərinə verilən tələblər:
- Layihə təklifi aşağıdakı sənədlərdən ibarət olmalıdır:
- Layihə təklifi forması (formaya uyğun olaraq);
- Layihənin xərclər smetası (formaya uyğun olaraq);
- Layihənin icra planı (formaya uyğun olaraq);
- Layihəyə rəhbərlik edəcək şəxsin və əsas işçi heyətinin, həmçinin layihə çərçivəsində cəlb ediləcək əməkdaşların tərcümeyi-halı (CV).
- Müsabiqəyə təqdim ediləcək layihə təklifi üzrə fəaliyyət 3 aydan 9 ayadək müddəti əhatə etməlidir.
- Müsabiqəyə təqdim ediləcək layihə təklifinin büdcəsi maksimum 150 000 (yüz əlli min) manatadək təşkil etməlidir.
- Hər bir iştirakçı müsabiqəyə yalnız bir layihə təklifi təqdim edə bilər.
*
Müsabiqəyə təqdim olunan layihə təkliflərinin qiymətləndirilməsi üçün meyarlar:
- Layihənin əsaslandırılması, məqsəd və vəzifələrinin müsabiqə istiqamətlərinə uyğunluğu;
- Planlaşdırılmış fəaliyyətlərin reallığı, layihənin məqsəd və vəzifələrinə, gözlənilən nəticələrinə uyğunluğu;
- Layihənin faydalılığı;
- Layihənin maliyyə səmərəliliyi;
- Layihənin monitorinqi və qiymətləndirilməsi, risklərinin idarə olunması metodologiyasının səmərəliliyi;
- Layihənin davamlılığı.
*
Müsabiqə fondunun büdcəsinə sığan və qeyd olunan meyarlar üzrə qiymətləndirmə nəticəsində ən yüksək bal toplamış layihələrə qrantların verilməsi nəzərdə tutulur.
Müsabiqənin müddəti: Müsabiqədə iştirak üçün müraciət sənədləri 05 – 18 oktyabr 2021-ci il tarixlərində elektron formada Musabige@edu.gov.az elektron poçt ünvanı üzərindən qəbul edilir.
Layihələrin qəbulu üçün son tarix: 18 oktyabr 2021-ci il, saat 21:00
Ünvan: Bakı şəhəri, Xətai 49
Telefon: 012 599 11 55 (523)
Elektron poçt: Musabige@edu.gov.az