Rumıniyanın Aurel Vlaicu Universiteti Erasmus+ mübadilə proqramı çərçivəsində qəbul elan edir.
Proqramda bakalavr, magistratura və doktorantura pillələrində təhsil alan UNEC tələbələri iştirak edə bilərlər.
Seçiləcək tələbə sayı: 2 nəfər
Müraciət üçün əsas şərtlər:
- Tələbənin ümumi orta balı (ÜOMG) 91-dən yuxarı olmalı;
- İngilis dili ən az B2 səviyyəsində olmalı.
Müraciət üçün son tarix: 10 oktyabr 2023-cü il
Tələb olunan sənədlər:
- Transkript (bütün semestrlər üzrə)
- CV (ingilis dilində)- İş təcrübəsi olanlar təcrübə keçdikləri qurumdaki rəhbərin əlaqə vasitələrini (tel.nömrəsi və e-poçt ünvanı) qeyd etməlidirlər.
- Xarici pasport (ilkin müraciət zamanı şəxsiyyət vəsiqəsi də keçərlidir)
- Niyyət məktubu (ingilis dilində)
- Müvafiq dil sertifikatı (olduğu təqdirdə IELTS, TOEFL və ya müvafiq fakültələrdə ingilis dilində təhsil aldığını göstərən sənəd).
Sənədlər göstərilən ardıcıllıqla bir “pdf” sənədi şəklində [email protected] elektron poçt ünvanına təqdim olunmalıdır (sənədləri ayrı-ayrı pdf sənədlərində göndərən tələbələrin müraciətlərinə baxılmayacaq).
Elektron məktubu göndərərkən başlıq hissəsində “Aurel Vlaicu Universiteti” yazılmalıdır.