“Şuşanın sosial-iqtisadi dirçəldilməsi–Azərbaycanın tərəqqisinin yeni zirvəsidir” mövzusunda elmi müsabiqə keçiriləcək

09 SENTYABR 2022

musabiqeUNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzi “Şuşa İli”nə və “8 Noyabr-Zəfər Günü”nə həsr olunmuş “Şuşanın sosial-iqtisadi dirçəldilməsi–Azərbaycanın tərəqqisinin yeni zirvəsidir” adlı ümumrespublika elmi məqalə müsabiqəsi elan edir.

Müsabiqənin əsas istiqamətləri:

1) Şuşa şəhərinin sosial-iqtisadi dirçəldilməsinə nəzəri-metodoloji yanaşmalar və konseptual baxışlar.

2) Şuşa şəhərinin sosial-iqtisadi inkişafının prioritet istiqamətləri.

3) Şuşanın resurs potensialının təhlili və qiymətləndirilməsi.

4) Şuşada mədəniyyət iqtisadiyyatının inkişaf etdirilməsi yolları.

5) Şuşa şəhərinin dirçəldilməsinin Azərbaycanın tərəqqisinin yeni zirvəyə qaldırılmasında strateji əhəmiyyəti.

Müsabiqənin məqsədi ölkənin ali təhsil və elmi-tədqiqat müəssisələrinin professor-müəllim heyətinin, doktorant, magistr və tələbələrinin Şuşa şəhərinin sosial-iqtisadi potensialının öyrənilməsi, bu potensialın təhlili, qiymətləndirilməsi, inkişaf etdirilməsi və Şuşa şəhərinin dirçəldilməsi perspektivlərinin öyrənilməsi ilə bağlı tədqiqatların aparılmasının təşviq edilməsi və onların müsabiqə əsasında mükafatlandırılmasıdır.

Mükafatlandırma: 1) professor-müəllim heyəti və 2) doktorant, magistr və tələbələr üçün ayrıca nəzərdə tutulur:

  1. Mükafatın məbləği (professor-müəllim heyəti üçün): I yer – 500 azn; II yer – 300 azn; III yer – 200 azn.
  2. Mükafatın məbləği (doktorant, magistr və tələbələr üçün): I yer – 300 azn; II yer – 200 azn; III yer – 100 azn.
  3. Hər iki heyət üzrə ilk 10-luğa düşən məqalələrə sertifikatlar veriləcək.
  4. Komissiya tərəfindən seçilən məqalələr toplu şəkildə elektron-kitab formatında hazırlanacaqdır.

Müsabiqədə iştirak etmək istəyən şəxslər məqalələrini [email protected] elektron ünvanına göndərməlidirlər. Məqalələr azərbaycan, türk, ingilis və rus dillərində təqdim edilə bilər.

Məqalə 6-8 səhifə həcmində (şrift: Times New Roman, şriftin ölçüsü: 12, sətirlərarası məsafə: 1.5 interval, sol sahə: 3 sm, yuxarı sahə: 2 sm, aşağı sahə: 2 sm, sağ sahə 1.5 sm) olmalıdır.

Məqalədə müəllifin adı və soyadı, professor-müəllim heyətinin çalışdığı universitet (və ya elmi-tədqiqat müəssisəsi), kafedra; doktorant, magistr və tələbənin təhsil aldığı təhsil müəssisəsi, fakültənin adı və qrupun nömrəsi mütləq qeyd olunmalıdır. Eyni zamanda elektron poçt ünvanları və telefon nömrələri də qeyd edilməlidir.

Məqalələrin son göndərilmə tarixi: 10 oktyabr 2022-ci il.

Müsabiqənin nəticələri 2022-ci il noyabr ayının 1-də elan olunacaqdır.

Mükafatlandırma tədbiri –  7 noyabr 2022-ci il tarixində, “8 Noyabr – Zəfər günü” ərəfəsində keçiriləcəkdir.

Təşkilatçılar: UNEC Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi və UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzi.

Əlaqə telefonu: +99(412) 492-57-31 (UNEC Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi);

koordinator: +99(455) 400-37-20 (UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzi).

WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna