Yunanıstanın Qərbi Makedoniya Universiteti (QMU) ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında tələbələr üçün Erasmus+ mübadilə proqramına qəbul elan edilir.
Proqram haqqında ətraflı məlumat aşağıdakı kimidir:
Tələbələr üçün Erasmus+ proqramının əsas şərtləri:
Beynəlxalq mobillik 2019-2022: QMU-UNEC
UNEC ilə Qərbi Makedoniya- Yunanıstan Universiteti arasındakı mobillik |
|
Fəaliyyət |
İstiqamət |
İştirakçıların sayı |
Mobillik müddəti |
Tələbələrin Təhsil üçün Mobilliyi |
Azərbaycandan KozaniyəYunanıstan, Kastoriya |
1 |
5 gün |
Təcrübə üçün Tələbə Mobilliyi |
Azərbaycandan KozaniyəYunanıstan, Kastoriya |
1 |
6 gün |
- Xarici universitetə təhsil haqqı ödənilmir;
- Tələbələrin geri dönüş bileti və aylıq təqaüd alırlar (təqaüdün məbləği ölkədən asılı olaraq dəyişir. Təqaüd yaşayış, yemək və digər xərcləri əhatə edir);
- Təhsil müddəti – təhsil üçün 5 ay, staj üçün 6 ay;
- Müsabiqə yalnız siyahıya alınmış namizədlər üçün keçiriləcək;
- Orta GPA 95-dən yuxarı olmalıdır;
- Tələbələr UNEC-in bakalavr pilləsində birinci və ya ikinci kurs tələbəsi, magistratura pilləsində birinci və ya ikinci kurs tələbəsi və ya doktorant olmalıdır;
- Beynəlxalq ingilis dili sertifikatına malik olmalıdır (minimum bal: IELTS 7.5).
*
Tələb olunan sənədlər:
- Akademik transkript;
- Niyyət məktubu (ingilis dilində motivasiya məktubu);
- CV (ingilis dilində);
- Xarici pasport.
*
Müraciət üçün son tarix: 30 noyabr 2021-ci il
Sənədlər aşağıdakı ardıcıllıqla “pdf” formatında exchange@unec.edu.az elektron poçt ünvanına təqdim edilməlidir.
QEYD:
- Yalnız seçilmiş tələbələr müsahibəyə dəvət olunacaqlar;
- Eyni kriteriyalara cavab verən yuxarı kurs tələbələrinə üstünlük veriləcək;
- Mübadilə proqramı COVID-19 pandemiyasına bağlı məhdudiyyətlərdən asılı olaraq təxirə salına və ya ləğv edilə bilər.