Motivasiyalı, əla ünsiyyət qabiliyyətli, təşəbbüskar və kəşf etməyi sevən tələbə və məzunları bu fürsətdən yararlanmağa dəvət edirik. Proqram çərçivəsində bakalavr pilləsinin IV kurs və magistr pilləsinin I və II kurs tələbələrinə aşağıdakı şöbələrdə öyrənmə və inkişaf imkanları təklif edir:
Təcrübə proqramının müddəti 3 – 6 aydır.
Seçim prosesi
Addım 1: CV-nizi 10 may 2023-cü il tarixidək [email protected] elektron poçt ünvanına “Mövzu” hissəsində müraciət etdiyiniz şöbənin adını qeyd etməklə göndərin. Nəzərə alın ki, yalnız növbəti mərhələyə seçilən namizədlərlə əlaqə saxlanılacaq.
Addım 2: CV seçimi əsasında növbəti mərhələyə seçilən namizədlər müsahibəyə dəvət
olunacaqlar. Müsahibə şöbə rəhbərləri və İnsan resursları şöbəsinin əməkdaşları tərəfindən birgə aparılacaq.
Addım 3: Seçim prosesinin yekunlaşması və təcrübə proqramına qəbul.
Əlaqələndirici struktur:
UNEC Karyera mərkəzi
Email: [email protected]
Tel: 1846 daxili 1132