UNEC-də ACCA (F1-F9) təlimlərinə start verilir

02 DEKABR 2024

UNEC-in Ömürboyu təhsil mərkəzi tərəfindən ACCA (F1-F9) təlimlərinə start verilir.

1.F1 – Biznesdə uçot
2.F2 – Uçotun idarə edilməsi
3.F3 – Maliyyə uçotu
4.F4 – Korporativ və Biznes Hüquq
5.F5 – Performansın idarə edilməsi
6.F6 – Vergitutma
7.F7 – Maliyyə Hesabatlığı
8.F8 – Audit və Əminlik
9.F9 – Maliyyə idarə edilməsi

F1; F2; F3; F4 imtahanları UNEC-də keçirilir və təlimi uğurla bitirənlər beynəlxalq səviyyəli ACCA sertifikatı əldə edirlər.

Hər təlim 3 ay ərzində yüksək səviyyəli peşəkar təlimçilər tərəfindən tədris olunur.

Dərslər həftədə iki dəfə, saat 19:00 da başlayır, azərbaycan, rus və ingilis dillərində keçirilir. İmtahan isə yalnız ingilis dilində olur.

Hər təlimin qiyməti 390 manatdır. UNEC tələbələrinə 20% endirim edilir. Ödənişi Birkartla hissəli ödəmək olar.

Təlimə qoşulmaq üçün şəxsiyyət vəsiqəsinin surətini aşağıda qeyd olunan əlaqə nömrəsinin vatsapına göndərməyiniz xahiş olunur.

Əlaqə üçün:
(012) 441 45 39
(055) 806 81 22