UNEC-də “Qarabağ iqtisadiyyatının dirçəlişində və inkişafında Halal qida industriyası mövzusunda seminar keçiriləcək

20 OKTYABR 2021

seminarUNEC-də İslam Maliyyə Mərkəzinin rəhbəri professor Zahid Məmmədovun moderatorluğu ilə “Qarabağ iqtisadiyyatının dirçəlişində və inkişafında Halal  qida industriyası: müasir çağırışlar və perspektivlər” mövzusunda onlayn seminar keçiriləcək.

Seminarda SER-İqtisadi Resursların Öyrənilməsi  İB-nin sədri Ruslan Atakişiyev, AMEA İqtisadiyyat İnstitutunun Qloballaşma və beynəlxalq iqtisadiyyat şöbəsinin böyük elmi işçisi Təbriz Yadigarov, UNEC İslam Maliyyə Mərkəzinin tədqiqatçısı Əfqan Musayev məruzələrlə çıxış edəcəklər. Həmçinin seminarda Kabardin Balkar Dövlət Aqrar Universitetinin professorları Amina Caboeva, Jansurat Janqorozova, İqtisadiyyat qəzetinin baş redaktoru i.ü.f.d. Aytən Səmədzadə, AQTA və AMFA nümayəndələrinin iştirakı nəzərdə tutulub. Tədbirdə “Qarabağ iqtisadiyyatının dirçəlişində islam maliyyəsi əsaslı ixracyönümlü investisiya cəlbediciliyinin perspektivləri”, “Qarabağ iqtisadi rayonunda halal qida müəssisələrinin yaradılmasının perspektiv inkişaf istiqamətləri”  mövzusunda məruzələr dinləniləcək.

Seminar UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsi və  UNEC İslam Maliyyə Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq.

21 oktyabr 2021-ci il tarixində saat 12.00-da keçiriləcək seminara ZOOM platforması üzərindən https://zoom.us/j/99788378612 linki vasitəsilə qoşula bilərsiniz.

Seminar UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanacaq.

WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno